MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə60/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
70 
görə də o heç bir bioloji məna kəsb etmir. Bu, hazırlıq 
mərhələsi sayılır. Ağacdan istifadə davranıĢın icrası 
mərhələsidir və meymunun bioloji tələbatının ödənilməsinə 
yönəldilir. Ġlk hazırlıq mərhələsi heç də öz-özünə yaranmır. 
Yəni adi halda ağac meymun üçün heç bir məna kəsb etmir. 
Əgər meymun ağacı ondan istifadə etmək məqamında görürsə 
və ondan istifadə edirsə, bu yem və ağac arasındakı 
münasibətin uzlaĢdırılmasıdır. Əgər meymun baĢqa bir vasitə 
tapa bilsə, ağac onun üçün heç bir bioloji məna kəsb etməz. 
Beləliklə, üçüncü mərhələyə keçərkən daha mürəkkəb 
əməliyyat yerinə yetirmir. DavranıĢ aktında vahid prosesdə 
birləĢdirmələr hissələrə ayrılır. Göründüyü kimi, intellekt o 
zaman yaranır ki, hazırlıq prosesi keçilsin, bu və ya digər 
əməliyyat, vərdiĢ birləĢərək həyata keçirilsin. 
Ġntellektual davranıĢ cəhd və sınaq üzərində deyil, yeni, 
fərqli Ģəraitdə ondan istifadə üzərində qurulur. Məsələn, metal 
tor çəkilmiĢ çəpərdən toyuq necə keçir? Bayıra çıxmaq üçün o 
kor-koranə Ģəkildə o tərəf bu tərəfə qaçır. Nəhayət, təsadüf 
nəticəsində o çıxıĢ yolunu tapır. Ali heyvanlar (quĢlar) isə 
özlərini fərqli Ģəkildə aparırlar. Onlar da bir sıra sınaq 
hərəkətləri edirlər. Lakin bu sınaqlar kor-koranə deyil, 
əməliyyat hərəkətləridir. Qapısı bağlı qəfəsdən çıxmaq üçün 
meymun öyrəĢdiyi, əvvəllər istifadə etdiyi lingi fırladır. Bu, 
səmərə vermədikdə lingi gəmirməyə baĢlayır. Daha sonra isə o 
yeni metod axtarır və çıxmaq üçün düzgün həll üsulunu tapır. 
Bu situasiya göstərir ki, meymun vəziyyətdən çıxmaq, onu həll 
etmək üçün «düĢünə bilir». 
Ġntellektual davranıĢa malik olan heyvanlar üçün ətraf 
aləmin inikası necə baĢ verir? 
Ġntellektual davranıĢın ilk mərhələsi növbəti, ikinci 
mərhələyə hazırlıqdır. Növbəti mərhələ isə heyvanın yalnız 
ayrı-ayrı Ģeyləri qavraması yox, həm də onlar arasındakı 
münasibəti müəyyənləĢdirməkdir. Heyvanın intellektual dav-
ranıĢının inkiĢafı nəticəsində onda anatomik-fizioloji dəyiĢiklik 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin