MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə58/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
68 
Əgər belə demək mümkünsə, «vəziyyətdən çıxıĢ yolu 
axtarmır». Lakin nisbətən daha yüksək inkiĢaf etmiĢ qarğa belə 
etmir, bir neçə cəhddən sonra arakəsmənin ətrafına dolanmaqla 
səddi keçir, yemi götürür.
Ali heyvanlarda instiktiv davranıĢ forması ilə yanaĢı, 
fərdi, dəyiĢkən formalı davranıĢ - 
vərdişlər və intellektual
hərəkətlər də mövcuddur. VərdiĢlər inkiĢafın ən aĢağı 
pilləsində belə özünü göstərir. Lakin açıq-aĢkar ifadə olunan 
vərdiĢlər yalnız baĢ beyin qabığına malik olan heyvanlarda 
müĢahidə edilir. 
Heyvanların vərdiĢləri həm anadangəlmə, həm də 
təsadüfi hərəki siqnalların təkrarı prosesində möhkəmlənir. 
Məsələn, piĢik yeĢikdən çıxmaq üçün pedalı basmalıdır. O 
bunun üçün bir neçə uğursuz cəhd edir. Lakin təsadüfən pedala 
toxunur, qapı açılır. Sonrakı təcrübələrdə o getdikcə daha az 
səhv edir. Beləliklə, onda vərdiĢ yaranır. 
Ali heyvanlarda davranıĢın ən yüksək səviyyəsi 
intellektual 
davranıĢdır. Ġntellektual davranıĢın əsasını ayrı-
ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək 
təĢkil edir. Lakin heyvanların intellektual və ya əqli davranıĢı 
təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.
Ali heyvanların, məsələn, insanabənzər meymunların 
intellektual davranıĢı müxtəlif esperimentlər yolu ilə 
öyrənilmiĢdir. 
Meymun (Ģimpanze) qəfəsdə yerləĢdirilir. Qəfəsin çö-
lündə isə banan, portağal və s. Qəfəsin içərisinə isə çubuq 
qoyulur. Meymun meyvələri yalnız çubuğun köməyi ilə götürə 
bilər. Meymun ilk növbədə meyvələri əlləri ilə götürməyə 
çalıĢır. Təbii ki, bu cəhdlər heç bir nəticə vermir. Sonra 
meymun sakitləĢir. Bu dəfə o, meyvələri gözünə sataĢan 
çubuğun köməyi ilə əldə etmək istəyir: ağacla meyvələri qəfəsə 
yaxınlaĢdırır. Nəhayət o meyvələri götürür. 
Digər eksperimentlər də eyni üsulla aparılır. Məsələn, 
qəfəsin tavanından banan asılır. Yaxınlıqda boĢ yeĢiklər 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin