www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
155
ideyasından çıxış edirdilər. Halbuki, həmin dövrdə türkçülər
və islamçılar milli inqilabçılar və milli ilberallardan fərqli
olaraq, Rusiya türklərinin, o cümlədən Azərbaycan türklərinin
gələcəyini türk-islam dünyasının birliyində, xüsusilə Osmanlı
Türkiyəsində görür, bəzən də Azərbaycanın yalnız mədəni
deyil, siyasi baxımıdan da bu türk-müsəlman dövləti ilə
birləşməsinə işarə edirdilər.
Bu baxımdan 1900-1910-cu illərdə Azərbaycan milli
ideyasının hansı istiqamətdə yarana biləcəyi ilə bağlı iki
başlıca baxışın olması danılmazdır:
1. Tərəqqipərvər, yəni mütərəqqi ruhlu islamçılar və
türkçülər Azərbaycan türklərinin nicatını və gələcəyini başda
Osmanlı Türkiyəsi olmaqla minimum mənəvi-ideoloji
xarakterli «İslam birliyi», yaxud da «Türk birliyi»ndə
görmüşlər. Bu baxımdan onlar Azərbaycan türklərində
milliyyət (türkçülük-türk birliyi) və dini birlik (islamçılıq-
islam birliyi) hisslərini oyatmağa çalışmışlar. Onlar hesab
etmişlər ki, islam-türk dünyası, xüsusilə Osmanlı dövləti
yeniləşərsə, güclənərsə bundan Rusiya türkləri, o cümlədən
Azərbaycan türkləri də qazanmış olacaqlar. Başqa sözlə,
Azərbaycan
türklərinin
gələcəkləri
Rusiya
liberal-
demokratlarının, sosial-demokratlarının proqramları ilə deyil,
türk-islam dünyasında, xüsusilə Osmanlıda baş verən milli
ruhlu hərəkatlarla bağlıdır;
2. Milli inqilabçılar, marksist-leninçilər, o cümlədən
onlara meyil edən «mollanəsrəddinçilər» isə Azərbaycan
türklərinin nicatını və gələcəyini daha çox Rusiya daxilində
mövcud olan liberal-demokratik, yaxud da sosial-demokratik
cərəyanlarda görmüşlər. Siyasi quruluş, siyasi idarəetmə və
başqa məsələlərdə fikir ayrılıqlarını nəzərə almasaq, onlar
|