www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
157
marksizmin milli konkretlikdən çox uzaq olmasının nəticəsi
idi ki, sonralar (1910-1920-ci illərdə) milli sosial-
demokrtaların (M.Ə.Rəsulzadə, A.Kazımzadə və b.) xeyli bir
qismi həmin ideyalardan üz döndərərək Azərbaycan
türkçülüyü ideyasının əsasını qoydular.
Hər halda, türkçülərdən Ə.Hüseynzadə «Osmanlı
türkçülüyü»nü (yəni ortaq türk ədəbi dilini, türk ədəbiyyatını,
Osmanlı Türkiyəsinin timsalında türk birliyini və s.) təbliğ
etməsinə baxmayaraq, yeri gələndə Azərbaycan türkcəsini də
öymüş, Azərbaycan türklərinin türk dünyasında özünəməxsus
yer tutmasını bəyan etmişdir. Ə.Topçubaşı isə çar Rusiyasının
əsarəti altında olan türklərin, o cümlədən Azərbaycan
türklərinin milli-mədəni muxtariyyət, hüquq və azadlıqlar əldə
etməsinə səy göstərmişdir. Şübhəsiz, bütün bunlar milli və
müstəqil Azərbaycan ideyasına doğru gedən yolda ilk
addımlar idi. Məhz 1900-1910-cu illərdə atılan kövrək
addımların nəticəsi idi ki, 1910-1920-ci illərdə, sözün həqiqi
mənasında, Azərbaycanın milli istiqlalını hədəfləyən
Azərbaycan türkçülüyü ideyası – azərbaycançılıq yarandı.
M.Ə.Rəsulzadənin təbrincə desək, ictimai ideologiyanın bütün
sisteminin öncə dini islamçılıq sistemindən ümumi
türkçülüyə-turançılığa, daha sonra türkçülükdən milli
türkçülüyə keçidi başlandı [179, 51].
Dostları ilə paylaş: |