MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə250/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   246   247   248   249   250   251   252   253   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

237 


beynəlmiləlçiliyi  yeni  bir  ideya  kimi  qələmə  vermələri  sovet 

ideologiyasının,  marksizm-leninizm-stalinizmin  tələbi  idi.  Bu 

mənada hesab etmək olar ki, onlar zamanın ideoloji tələblərindən 

və şəraitindən çıxış edərək «proletar mədəniyyəti», sovet beynəl-

miləlçiliyini müdafiə etmək zorunda qalıblar. Amma fikrimizcə, 

bu o demək deyildir ki, sovet ideologiyasının beynəlmiləlçiliyini 

müdafiə edənlərlə, müdafiə etməyənlər arasında da, asanlıqla heç 

bir ciddi fərqin olmadığını iddia edək.  

Hər halda, sovet beynəlmiləlçiliyini deyil, assimilyasiya-

ya  məruz  qalan  milli-mənəvi  dəyərləri  müdafiə  edənlər  yanlız 

milli  mədəniyyəti  deyil,  həm  də  bəşəri  dəyərləri  tərənnüm 

ediblər.  Çünki  bir  milləti  ayaq  üstə  tutan,  öncə  onun 

özünəməxsusluğu, milli mentallığıdır. Milli özünəməxsusluq isə 

yalnız o halda mövcud ola bilər ki, mədəniyyətdə, ədəbiyyatda, 

fəlsəfədə, incəsənətdə yaşaya bilsin. Yəni öncə milli mədəniyyət 

olmalıdır  ki,  daha  sonra  o,  bəşəri  dəyərlərin  tərkib  hissəsinə 

çevrilsin. 

Bu 


baxımdan 

fikrimizcə, 

saxta 

sovet 


beynəlmiləlçiliyini tərənnüm etməklə  yanaşı, milli mədəniyyətə 

töhfə  verənlərin  əməyi  birdirsə,  «proletar  mədəniyyəti»nə  qarşı 

çıxaraq ona qarşı milli mədəniyyəti müdafiə edənlərin əməyi birə 

on qat artıqdır. Bunun nə üçün məhz belə olmasını anlamaq üçün 

bir neçə məqama diqqət yetirmək yetərlidir. 

Birincisi, aydınlığa qovuşmalı olan məqam odur ki, SSRİ 

rəhbərliyi və ideoloqları «proletar mədəniyyəti» adı altında nəyi 

hədəfləmişdir. Şübhəsiz, işğalın ilk illərindən başlayaraq (1920-

1930-cu  illər)  Sovet  Rusiyası  qarşısına  ilk  məqsədlərdən  biri 

kimi,  müstəmləkə  halına  gətirdiyi  millətlərin,  özəlliklə  türk-

müsəlman  xalqlarının  milli  mədəniyyətini  məhv  etmək  siyasəti 

yürütmüşdür.  Sovet  rəhbərləri  və  ideoloqları  bu  siyasətini 

«proletar  mədəniyyəti»  adı  altında  həyata  keçirməklə  isə,  əsil 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin