MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə258/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   254   255   256   257   258   259   260   261   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

244 



244 

lərin  dünyagörüşündə  öz  əksini  tapmalıdır  [57,  158].  Onun 

fikrincə, Azərbaycan türk ədəbiyyatına indiyə qədər üç təsir: 1) 

İran-fars;  2)  rus;  3)  türk  ədəbiyyatı  olmuşdur.  Bunlardan  ən 

doğması  türk  ədəbiyyatıdır  ki,  Azərbaycan  ədəbiyyatı  da  onun 

əsasında  inkişaf  etməlidir [57, 204-210]. C.Cabbarlı onu  yalnız 

formaca deyil, məzmunca da milli ədəbiyyat yaratmaqda ittiham 

edənlərə  cavab  olaraq  yazırdı:  «Klassik  ədəbiyyatın 

nümunələrini  tənqidi  nöqteyi-nəzərlə  isifadə  edərək,  ədəbi 

keçmişdən ən yaxşı və ən qiymətli cəhətləri götürərək, mən səy 

edəcəyəm ki, «formaca milli» əsər yaradım. Azərbaycan xalqının 

nəhəng  mübarizəsinin  qəhrəmanlığını  əks  etdirərək,  mən  geniş 

əməkçi kütlələrinə yaxın və tanış olan milli formalar axtarıram» 

[57,  273].  Ancaq  bütün  səylərinə  baxmayaraq,  onun  SSRİ 

dövründə  yazdığı  bir  çox  əsərlərində,  o  cümlədən  «Od 

gəlini»ndə milli istiqlal, milli mədəniyyət, milli tarix və s. daha 

çox özünü büruzə vermişdi. Bizə elə gəlir ki, o, «Od gəlini»ndə 

Ərəb  Xilafətinə  qarşı  mübarizə  aparan  Elxanın  timsalında 

Azərbaycan  Cümhuriyyətinin  istiqlalını  və  Sovet  Rusiyasına 

qarşı dirənişini ifadə etmək istəmişdir. Çünki Elxanın yalnız bir 

istəyi var – milli azadlıq [56, 294].  

O, bu əsərində ərəblərin adı ilə əslində rusların işğalçılıq 

siyasətini  və  onların  milli  mədəniyyəti  hansı  şəkildə  məhv 

etmələrini  göstərmişdir.  Cabbarlı  əsərin  qəhrəmanı  Elxanın 

dilindən  deyir:  «Mən  insanlığın  ümumi  və  əbədi  səadətini  bu 

şəxsiyyət istibdadının (Stalinə pərəstiş – F.Ə.) məzarları üzərində 

tikmək  istəyirəm,  anlayırsanmı!  Düşündüyüm  vuruşda  ilk 

düşmənim  ərəb  basqınçıları  (rus  işğalçııları  –  F.Ə.),  ikinci 

düşmənim  bəşəriyyəti  salışdıran  və  gücsüzləri  əzdirən  dinlər, 

üçüncü düşmənim isə, köləlik törədən bütün indiki ictimai mühit 

və  yaşayış  quruluşudur  ki  (bolşevizm  –F.Ə.),  onun  da  başında 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin