MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə261/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   257   258   259   260   261   262   263   264   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

247 


sonuncu ideyanı müdafiə etdikləri üçün hüseyn cavidləri, əhməd 

cavadları,  bəkir  çobanzadələri,  mikayıl  müşfiqləri  və 

başaqalarını  isə  repressiya  edənlər  də  SSRİ  rəhbərləri  və 

ideoloqları özləri olmuşdu. Ancaq 1950-ci illərdə Stalinin ölümü 

və  Bağırovun  hakimiyyətdən  uzaqlaşıdırılması  ilə  repressiya 

qurbanlarını  əfv  edən  sovet  rəhbərləri  və  ideoloqları  bunun 

günahkarı kimi, bu və ya digər formada Azərbaycan rəhbərlərini 

və  ziyalı  təbəqəsini  ittiham  edirdilər.  Artıq  qeyd  olunurdu  ki, 

vaxtilə  proletar  mədəniyyətindən  çıxış  edən  Ə.Nazim,  M.Rəfili 

və  başqaları  Füzuli,  Vaqif,  M.F.Axundzadə,  H.Cavid  və 

başqalarını  milli-burjua,  aristokrat  şair-mütəfəkkirləri  kimi 

qələmə verməklə marksizmə xələl gətirmişlər [38, 210]. 

Fikrimizcə,  SSRİ  rəhbərlərinin  və  ideoloqlarının  bu  cür 

riyakar,  ikiüzlü  əməlləri,  hətta  marksizm-leninizmə  bağlı  olan 

bəzi ziyalılarımızda belə əks reaksiya doğurmuşdur. Belə ki, bu 

vaxta  qədər  Sovet  ideoloqlarının  təşviqi  ilə  Azərbaycan 

mədəniyyətinə,  ədəbiyyatına,  dilinə  və  tarixinə  müəyyən  qədər 

müstəmləkəçilik-mərkəzçilik  ideologiyasından  yanaşanlar,  artıq 

milli  ideyaya  üz  tuturdular.  Bununla  da,  1950-1960-cı  illərdə 

milli dil, milli mədəniyyət, milli tarix və milli ədəbiyyat uğrunda 

çalışan  ziyalılar,  o  cümlədən  filosoflar,  tarixçilər,  dilçilər, 

ədəbiyyatçılar, 

yazıçlar 

və 


başqa 

aydınlar 

arasında 

(Ə.M.Dəmirçizadə,  M.İbrahimov,  Z.Bünyadov,  X.Məmmədov, 

S.Əliyarov, B.Vahabzadə, R.Rza, M.Hüseyn, X.R.Ulutürk və b.)  

Azərbaycan milli ideyasının tərəfdarları xeyli dərəcədə çoxaldı.  

Bizcə, bu dövrdə rus bolşevizminin bütün sahələrdə (dil, 

ədəbiyyat,  tarix,  mədəniyyət  və  s.)  Sovet  Azərbaycanında  

yürütdüyü  müstəmləkəçilik-mərkəzçilik  siyasətini  dərindən 

anlayan  və  ona  qarşı  çıxanlardan  biri  yazıçı-mütəfəkkir  Mirzə 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin