www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
245
sən və sənin kimi insan qəssabları (Kirov, Orconikidze,
R.Axundov, Ə.Qarayev və b.) dururlar. Başqa yol (milli
istiqlaldan kənar – F.Ə.) yoxdur. Mənim yolum sənə qarşıdır»
[56, 305]. C.Cabbarlı çox məntiqi olaraq burada, azadlıq (Elxan)
və köləlilik (Aqşin) tərəfdarı olan iki qardaşı bir-birinə qarşı
qoyur. Elxan milli istiqlalı hər şeydən üstün tutduğu halda, onun
qardaşı Aqşin onunla eyni fikirdə deyil. Bu, Azərbaycan
Cümhuriyyətinə
münasibətdə
milli
istiqlalçıların
(M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.) və milli bolşeviklərin
(N.Nərimanov, Ə.Qarayev və b.) mövqeyini xatırladır. Cabbarlı
Elxanın dilindən Aqşinə deyir: «Dünya iki cəbhəyə ayrılmışdır.
Bir tərəfdə silahlı güclülər (bolşeviklər – F.Ə.), digər tərəfdə isə
əliboş məzlumlar (istiqlalçılar – F.Ə.)» [56, 313]. Elxan istiqlalı
təbliğ etdiyi halda, Aqşin isə ona qarşı çıxır. Bununla da,
Cabbarlı göstərmək istəyir ki, Azərbaycan Cümhuriyyətinin işğal
olunmasında yad qüvvələrlə (rus, erməni və b.) yanaşı, bəzi qanı
qanımızdan olan soydaşlarımız da iştirak etmişlər.
Göründüyü kimi, 1920-1940-cı illərdə milli mədəniyyət
və milli ədəbiyyat məsələsində millilik-müstəqillik dən çıxış
edən ziyalılar doğru yol tutmuşdu. Bunu, çox keçmədi ki, sovet
ideoloqları da bu və ya digər formada etiraf etmək
məcburiyyətində qaldılar. Artıq 1950-1960-cı illərdə sovet
ədəbiyyatında yazılırdı ki, 1920-1940-cı illərdə mövcud olan
«proletar mədəniyyəti»- «proletkult» leninizmə zidd hərəkət-xətt
kimi [38, 51], milli mədəni irsi tamamilə inkar etmişdi. Bundan
çıxış edilərək həmin dövrün bir sıra ədəbi tənqidçiləri, o
cümlədən Əli Nazim, Cəfər Cəfərov, Mikayıl Rəfili, Mustafa
Quluzadə və başqaları kosmopolitizm, nihilizm, burjua estetizmi
və vulqar sosoligizmində ittiham olunurdular [103, 27, 41].
Bununla da, dolyasıyla da olsa, vaxtilə milli mədəniyyətdə
|