MahirəNərimanqızı


İbrahimov  olmuşdur.  O  hesab  edirdi  ki,  artıq  son  20-25  ildə  www.elmler.net



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə262/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   258   259   260   261   262   263   264   265   ...   614
İbrahimov  olmuşdur.  O  hesab  edirdi  ki,  artıq  son  20-25  ildə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

248 



248 

Sovet  Azərbaycanı  ədəbiyyatına,  mədəniyyətinə,  tarixinə  eyni 

zamanda,  həmin  dövrün  repressiya  qurbanlarına  (M.Müşfiq, 

H.Cavid, Ü.Rəcəb,  K.Ələkbərli  və b.)   qarşı  yönəlmiş siyasətə, 

ideologiyaya  son  qoyulmalıdır.  Onun  fikrincə,  Azərbaycan 

mədəniyyətinə,  ədəbiyyatına  və  onun  mütəfəkkirlərinə 

münasibətdəki ziddiyyətlər xüsusilə, H.Hüseynovun məsələsi ilə 

bağlı  olaraq  A.Bakıxanovun  gah  demokratik  və  mütərrəqi,  gah 

da  monarxist  və  fanatik  yazıçı  adlandırılması  doğru  deyildir. 

M.İbrahimov  açıq  şəkildə  deyirdi  ki,  bu  cür  ziddiyyətlərə  görə 

yalnız  alimlər  və  ziyalılar  deyil,  partiya  rəhbərliyi  də 

günahkardır:  «Biz  bütün  günahları  elmi  idarələrin  və  işçilərin 

üzərinə qoymamalıyıq, biz özümüz, Mərkəzi Komitənin bürosu 

ideoloji işi istiqamətləndirmək üçün heç də hər zaman aydın və 

operativ  işləmirik.  Bəzən  biz  tərəddüd  edirik  və  hətta  indi 

hamıya  aydın  olan  məsələlərin  həlində  gecikmələr  müşahidə 

olunur» [103, 68]. 

Fikrimizcə,  bu  dövrdə  Azərbaycan  milli  ideyasını 

ədəbiyyatda  yaşadan  öncüllərdən  biri  də  Bəxtiyar  Vahabzadə 

olmuşdur. O, «Gülüstan» poemasında Azərbaycanın iki yerə par-

çalanmasının  səbəblərini  göstərir  və  demək  istəyirdi  ki,  əslində 

indi hər iki Azərbaycan işğal altındadır. Çünki o vaxt da, indi də 

Azərbaycanı iki yerə bölən farslar və ruslar olmuşlar: «Bir xalqı 

yarıya  böldü  qılınc  tək.  Öz  sivri  ucuyla  bu  lələk  qələm,  Dəldi 

sinəsini  Azərbaycanın…  Kəsdilər  səsini  Azərbaycanın»  [219, 

76].  Bəs,  Azərbaycanın  taleyi  ilə  bağlı  hökm  verənlər  kimlər 

idilər?  Cavab  aydındır:  ruslar  və  farslar.  Şair  yazır  ki,  bunu 

Azərbaycan  xalqı  bilməli  və  öz  sözünü  yenidən  deməlidir: 

«Tərəflər  kim  idi?  Hər  ikisi  yad.  Yadlarmı  edəcək  bu  xalqa 

imdad?! Qoy qalxsın ayağa ruhu Tomrisin.   Babəkin 

qılıncı 

parlasın  yenə.  Onlar  bu  şərtlərə  sözünü  desin»  [219,  77]. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin