MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə270/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   266   267   268   269   270   271   272   273   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

255 


müdafiə  etmişdir.  M.B.Məmmədzadə  də  milli  qüvvələrin 

əvvəlcə  ərəb  əlifbasından  latına  keçilməsinə  etiraz  etmələrinə 

səbəb  olaraq,  bolşeviklərin  məkrli  niyyətlərini  və  bunun  Azər-

baycan  ilə  türk  dünyası  arasında  əlaqələrə  zərbə  olmasını 

göstərmişdi [153, 56]. 

Bu  baxımdan  ərəb  əlifbasında  islahatların  aparılmasını 

məqsədəuyğun  hesab  edən  «islahatçılar»,  latın  qrafikasına 

keçilməsi ilə Azərbaycan xalqının islam mədəniyyətindən uzaq 

düşməsi,  din  və  milli  birliyin  aradan  qalxması  məsələsini  daha 

çox  qabartmışlar.  Bizə  elə  gəlir  ki,  bu  cür  mülahizələrin 

səslənməsi də təsadüfi olmamışdır. Bütün hallarda, yeni əlifbaya 

keçidlə bağlı imperiyanın maraqları olduğu kimi, bunun əleyhinə 

çıxan  «islahatçılar»ın  da  öz  mövqeyi  olmuşdur.  «İslahatçılar» 

ədəbi  dilin  yazısında  ərəb  əlifbasını  saxlamaqla  yalnız  islah 

edilməsini,  yəni  bəzi  dəyişikliklərin  aparılmasını  məqsədə-

uyğun  hesab  edirdilər.  Onlar  deyirdilər  ki,  yeni  əlifba  qəbul 

edilərsə, bununla da əski ədəbiyyat məhv olacaq, İslam birliyi 

pozulacaq və türk dilini öyrənmək çətin olacaq [26, 13]. Milli 

qüvvələrin  əlifba  məsələsində  fikir  dəyişdirməsinin  əsil 

mahiyyətinə varmayan bolşeviklər, bunu tamamilə başqa yerə 

yozurdular.  Məsələn,  mətin  bolşevik  S.M.Əfəndiyev  hesab 

edirdi  ki,  millətçilər  qısqanclıqdan  bu  məsələyə  müsbət 

yanaşmırlar. Belə ki, əvvəllər ərəb əlifbasından latın əlifbasına 

keçmək  istəyən  millətçilər,  indi  bunu  həyata  keçirənin 

bolşeviklər olduğu üçün yeni əlifba məsələsini tənqid edirlər [76, 

177].  Əfəndiyevin  fikrincə,  millətçilərdən  fərqli  olaraq, 

islamçılar-ruhanilər  isə  ərəb  əlifbasından  daha  çox  onun  təsiri 

məqsədilə möhkəm yapışırlar [76, 70].  

Fikrimizcə,  ərəb  əlifbasının  əleyhinə  çıxış  edən 


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin