MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə271/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   267   268   269   270   271   272   273   274   ...   614
«latınçılar»  özlərini  də  bu  məsələyə  münasibətdə  iki  qrupa 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

256 



256 

ayırmaq  olar:  1)  mədəni  «latınçılar»  -  yeni  əlifbaya  keçməni 

daha  çox  mədəni  inqilab  kimi  qiymətləndirənlər  və  məsələyə 

səmimi şəkildə  yanaşanlar; 2) siyasi  «latınçılar» - yeni əlifbaya 

keçməni  tamamilə  siyasiləşdirərək,  bunu,  marksizm-leninzmin 

qələbəsi kimi qələmə verənlər. Mədəni «latınçılar» (F.Ağazadə, 

B.Çobanzadə, M.Şahtaxtlı və b.) yeni əlifbaya keçidi yalnız elm 

və  təlim  baxımından  dəyərləndirir,  ərəb  əlifbasında  islahatlar 

aparılmasının  mümkünsüzlüyünü  irəli  sürərək  latın  əlifbasının 

qəbul  edilməsini  zəruri  hesab  edirdilər  [204,  231;  26,  12]. 

Mədəni  latınçılardan  fərqli  olaraq,  siyasi  «latınçılar» 

(R.Axundov, S.Ağamalıoğlu, S.M.Əfəndiyev və b.) bu məsələni 

ideolojiləşdirir və ona siyasi çalar əlavə edirdilər. Bu baxımdan 

Azərbaycan, Türkmənistan, Özbəkistan və b. türk dövlətlərində 

ərəb əlifbasından latın qrafikasına keçid məsələsində Moskvanın 

məkrli  niyyətini  bəzi  yerli  bolşeviklər  görə  bilməmiş,  əksinə, 

bunu  bolşevizmin  nailiyyəti  kimi  təbliğ  etmişlər  [20,  156-157; 

166, 31].  

Ancaq  türk-tatar  xalqlarının  ərəb  əlifbasından  latın 

qrafikasına keçməsi məsələsində SSRİ-nin siyasi manevra etdiyi, 

əsil məqsədinin türk xalqlarına kiril əlifbasının qəbul etdirilməsi 

olması  çox  keçmədən  bəlli  olmuşdu.  Belə  ki,  sovet  ideoloqları 

milli  mədəniyyət  məsələsində  də  «milli  müqəddərat» 

məsələsində  olduğu  kimi,  türk-tatar  və  müsəlman  xalqlarının 

ərəb  əlifbasından  birbarşa  rus-kiril  əlifbasına  keçilməsinin 

təhlükəli  olduğunu  nəzərə  alaraq,  bunu  mərhələli  şəkildə 

reallaşdırmaq  niyyəti  güdmüşdür.  Əgər  SSRİ  1920-ci  illərdə 

yeni  əlifbanı  rus  qrafikasına  keçidlə  həll  etsəydi,  şübhəsiz 

«xilaskar»  donu  geyinmiş  rus  bolşeviklərinin  bu  addımı  istər 

işğal  etdiyi  ölkələrdə,  istərsə  də  dünyada  birmənalı 

qarşılanmaycaqdı. Bu baxımdan ilk mərhələdə, latın əlifbasından 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin