MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə268/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   264   265   266   267   268   269   270   271   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

253 


baxımdan  məsələni  tam  dərk  etmək  üçün,  ilk  növbədə 

«latınçılar»  və  «islahatçılar»ın  əlifba  məsələsi  ilə  bağlı  irəli 

sürdüyü  mülahizələrə,  ən  əsası  onların  hansı  siyasi-ideoloji 

dünyagörüşə  və  nəzəri-fəlsəfi  ideyalara  əsaslanmalarına  diqqət 

yetirmək kifayətdir.  

Qeyd  edək  ki,  milli-demokrtalar  hələ  Azərbaycan 

Cümhuriyyəti  dövründə  ərəb  əlifbasından  latın  əlibfasına 

keçməyi təklif edirdilər. Bu məqsədlə Azərbaycan parlamentində 

bir  komissiya  təşkil  olunmuş  və  bu  komissiya  latınlaşmış  türk 

əlifbasının layihəsini parlamentə belə təqdim etmişlər [254, 70]. 

Ancaq  bir  tərəfdən  «islam  birliyi»  ideyası  ilə  çıxış  edən 

«ittihadçı»ların,  digər  tərəfdən  isə  bolşevizmin  günü-gündən 

Azərbaycan  Cümhuriyyətinə  qarşı  yönəlmiş  təzyiqlərinin  və  s. 

nəticəsində  latın  əlifbasına  keçid  məsələsi  həmin  dövrdə  öz 

həllini  tapmamışdı.  Eyni  zamanda,  Azərbaycan  Cümhuriyyəti 

latın  əlifbasına  keçidlə  bağlı  Türkiyə  Cümhuriyyəti  ilə  ortaq 

addım atmaq niyyəti də güdmüşdü. Həmin vaxt isə istər Türkiyə, 

istərsə  də  Azərbaycan  Cümhuriyyəti  üzərinə  xaricdən  olan 

basqılar bu məsələnin öz həllini tapmasına əngəl olmuşdu. 

Sovet dövründə ərəb əlifbasında dəyişkliklər edilməsinin 

tərəfdarı  kimi  çıxış  edən  «islahatçılar»  əslində  həmin  milli 

qüvvələr  idi.  Vaxtilə  ərəb  əlifbasından  imtina  edilib  latın 

əlifbasına  keçmək  istəyən  Azərbaycan  milli  qüvvələrinin  Sovet 

işğalı dövründə bunu, istəməməsi təsadüfi deyildi. Əslində milli-

demokratik  qüvvələri  narahat  edən  latın  qrafikasına  keçmək 

deyil,  latın  əlifbasına  keçmək  adı  altında  ifratçılığa  varılması, 

millətlər  arasında  ayrı-seçkilik  edilməsi,  gələcəkdə  kiril 

əlifbasına keçmək üçün bir vasitəyə çevrilməsi idi. Çünki SSRİ 

xüsusilə,  əsarət  altına  aldığı  türk  və  müsəlman  millətlərini 

özünəməxsus  «beynəlmiləl  siyasət»lə  assimilyasiya  etmək 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin