MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə269/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   265   266   267   268   269   270   271   272   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

254 



254 

niyyəti güdmüşdü. Bu baxımdan SSRİ-nin Azərbaycanın və Orta 

Asiyanın  türk  dövlətlərinin  ərəb  əlifbasından  latın  qrafikasına 

keçməsinə bilavasitə şərait yaratmasında məqsədləri yalnız türk 

millətlərini maarifləndirmək, elm və biliklərini inkişaf etdirmək 

ola  bilməzdi.  Əgər  SSRİ,  yəni  Mərkəz  belə  səmimi  niyyət 

güdürdüsə,  nə  üçün  yeni  əlifba  məsələsinə  əsasən,  türk-

müsəlman  xalqları  cəlb  edilmişdi?!  Yoxsa,  Rusiya  üçün 

ermənilər,  gürcülər  və  başqa  millətlər  ikinci  dərəcəli  idilər? 

Deməli,  bu  məsələdə  Rusiyanın  başlıca  məqsədi  Azərbaycan 

türklərini  və  başqa  müsəlman-türk  xalqlarını  SSRİ-nin 

əsarətindən  kənarda  qalan  müsəlman  ölkələrindən,  xüsusilə 

Türkiyə türklərindən ayırmaq olmuşdur [238, 192].  

SSRİ  ideoloqları  bu  planını  birdən-birə  həyata  keçirə 

bilməzdi  və  bu  mərhələli  şəkildə  nəzərdə  tutulmuşdu.  Həmin 

dövrdə  milli  qüvvələr  də  məhz  sovet  Rusiyasının  bu  ikiüzlü 

siyasətini  ifşa  etmişdilər  ki,  onların  bu  baxışları  da  bolşeviklər 

tərəfindən  latın  qrafikasının  əleyhinə  olan  mülahizələr  kimi 

dəyərləndirilmişdi [76, 249]. Əslində onların bu etirazı, əlifbanın 

latınlaşdırılmasından  daha  çox  kirilləşdirməyə-ruslaşdırmaya 

qarşı idi. M.Ə.Rəsulzadə də sonralar yazırdı ki, o zaman (1921-

1922-ci  illər)  bolşeviklərin  bu  niyyətindən  xəbərdar  idilər: 

«Bolşeviklərin  ərəb  hərflərini  latın  hərfləri  ilə  əvəz  etdirmək 

xüsusunda  gizli  və  əsil  fikirlərini  bildiyimizdən  (ki,  bu  fikir 

sonradan  həyata  keçirilmiş,  ərəb  hərfləri  öncə  latın  hərflərinə, 

sonra  da  rus  hərflərinə  təbddül  edilmişdir)  bir  məqalədə    türk 

elləri  arasındakı  mədəni  əlaqələri  tamamilə  kəsdirməmək  üçün 

yazılanı  daha  asan  oxutdura  bilmək  məqsədini  təmin  edən 

inqilabçılara  haqq  verirdim»  [182,  85].  Yəni  Rəsulzadə  də 

bolşeviklərin  əməllərindən  xəbəri  olduğu  üçün  latın  əlifbasına 

keçilməsini  deyil,  ərəb  əlifbasında  islahatların  aparılmasını 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin