MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə278/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   274   275   276   277   278   279   280   281   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

262 



262 

yeni sözləri işlətmək lazımdır. 1926-cı ildə Bakıda keçirilən 1-ci 

Ümumittifaq türkoloji qurultayda, eləcə də həmin dövrdə Bakıda 

nəşr olunan bir sıra qəzet və jurnallarda da bu ideya ciddi şəkildə 

dəstək qazanmışdır. 

Həmin  dövrdə  milli  ədəbi  dilin  qədim  türkcə  və  yeni 

sözlər əsasında formalaşmasının tərəfdarları bu fikirlərini sübuta 

yetirmək üçün bir sıra əsərlər və məqalələr yazmışlar. Onlar bu 

əsərlərində  türk  dilinin  (Azərbaycan)  qədim  türkcənin  bir  bir 

parçası olduğunu iddia edirdilər. Məsələn, bu xətti müdafiə edən 

dilçi  alimlərdən  Bəkir  Çobanzadəyə  görə,  türk  dili  türk-tatar 

dilinin bir parçası, bir budağıdır. Türk-tatar dilinin abidələri isə 

Orxon-Yenisey  abidələri  (7-8-ci  əsrlər),  «Kutadqu  bilik», 

«Divani-lüğatit-türk»  və  başqaları  olmuşdu  [68,  66-67].  Onun 

fikrincə,  türk  dilinin  azəri    ləhcəsi  isə  XI  əsrdə  oğuz-qıpçaq 

ləhcəsindən  əmələ  gəlmişdir.  Beləliklə,  Çobanzadə  belə  nəticə 

çıxarır  ki,  türk  dilinin  «azəri  ləhcəsi  oğuz-qıpçaq  qrupunun  bir 

budağıdır və türkməncədən az, anadolucadan ziyadə şimali və ya 

şərq  şivə  qruplarının  təsiri  altında  bulunmuşdur»  [68,  83].  O 

yazırdı ki, hazırda milli dilin formalaşması ilə bağlı üç cərəyan 

var: 1) Xalqın dilində yazmağa üstünlük verənlər («mollanəsrəd-

dinçi»lər  və  b.);  2)  İstanbul  ədəbi  şivəsinə  üstünlük  verənlər 

(H.Cavid  və  b.); 3)  Orta  mövqe tutanlar    – xalqın  canlı danışıq 

dili  və  klassik  ədəbi  dilin  bütövlüyündən  çıxış  edənlər. 

B.Çobanzadənin  fikrincə,  ilk  iki  cərəyanın  irəli  sürdüyü 

prinsiplər  əsasında  Azərbaycanda  ədəbi  dil  yarana  bilməz. 

Çünki, birincisini ədəbi sistemə salmaq mümkün olmadığı kimi, 

ikincisi isə Azərbaycan türk dilinin xüsusiyyətlərini kifayət qədər 

əks  etdirmir.  Bu  baxımdan  xalqın  canlı  danışıq  dili  və  klassik 

ədəbi  dilin  bütövlüyündən  çıxış  edənlərin  ədəbi  dili  istiqbala 

malikdir [68, 76-77]. 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin