MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə280/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   276   277   278   279   280   281   282   283   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

264 



264 

çalışılmışdır.  El  sözünü  işlətmək  istəyənlər  bu  elin  yağıları 

nüfuzuna  tabe  olaraq  sapqın  mülhazilərə  uymuşdular.  Hətta  o 

dərəcəyə  varmışdılar  ki,  həqarətlə  «türk  demişkən»  demədikcə 

öz ana dilindəki bir sözü işlətməyə cəsarət edə bilməzmiş» [232, 

120].  Bu  baxımdan  H.Zeynallı  qeyd  edirdi  ki,  milli  dilin 

təmizlənməsi  türkün  öz  dilinə  və  onun  qayda-qanunlarına 

əsaslanmalıdır.  

Milli ədəbi dilin qədim türkcə əsasında formalaşdırılması 

baxımından  1930-cu  ildə  Azərbaycan  Dövlət  Elmi  Tədqiqat 

İnstitutu tərəfindən cəmi iki buraxılışı  nəşr olunan «Azərbaycan 

türk  xalq  şivələri  lüğəti»  diqqətəlayiqdir.  Bu  nəşrin  müəllifləri 

(B.Çobanzadə, 

V.Xuluflu, 

Ə.Haqverdiyev,  N.İ.Aşmarin, 

A.R.Zifeldt və b.) də yazırdılar ki, «Azərbaycan türk dili osmanlı 

dilindən  çox  əvvəl  təşəkkül  etmişdir;  çünki  daha  XI  əsrdə 

Mahmud  Kaşğari  tərəfindən  göstərilən  «Oğuz  –  Qıpçaq» 

ləhcəsinin  xüsusiyyətləri  bu  gün  də  azəri  türk  dilinin 

xüsusiyyətlərinin mühüm bir qismini təşkil edir» [47, 8]. Ancaq 

bütün  hallarda  osmanlı  türk  dili  ilə  Azərbaycan  türk  dilinin 

kökünün  bir  olduğunu  yazan  müəlliflər  qeyd  edirlər  ki,  ancaq 

15-16-cı  əsrlərdə  osmanlı  ədəbi  dili  azəri  türk  dilindən 

ayrılmışdı  [47,  8].  Sonralar  Azərbaycan  türk  dilinə  İran-fars, 

Slavyan-rus,  şimali  türk-tatar  dillərinin  də  müəyyən  təsiri 

olmuşdur.  Onların  fikrincə,  hazırda  Azərbaycan  türk  ədəbi 

dilinin  yaranmasına  zərurət  bir  tərəfdən  ərəb-fars  sözlərindən 

qurtulmaq,  digər  tərəfdən  elm  və  sənayə  ilə  ayaqlaşmaqdan 

ötrüdür.  Bunun  üçün  isə,  onlar  klassik  azəri  türkcəsinin  və 

onun əsasında ədəbi dilin formalaşmasını təklif edirdilər [47, 

10].  Görünür,  bu  kitabın  Azərbaycan  türk  dilinin  inkişafında 

mühüm rol oynayacağını görən sovet ideoloqları cəmi iki («A» 

və «B») buraxılışdan sonra, onun nəşrini dayandırmışlar. 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin