MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə282/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   278   279   280   281   282   283   284   285   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

266 



266 

Azərbaycan  türklərinin  danışıq  dilinin  inkişafına  çalışmaları  və 

bu zaman rus və Avropa mənşəli sözlərə meyil etmələri idi. Bu 

baxımdan  sovet  beynəlmiləlçiliyi  tərəfdarları  üçün  Azərbaycan 

türk  ədəbi  dilinin  formalaşmasında  ən  yaxşı  variant 

«mollanəsrəddinçilər»in yolu idi. 

Halbuki,  artıq  1920-1930-cu  illərdə  «mollanəsrəd-

dinçilər»in  əsas  siması  olan  C.Məmmədquluzadə  özü  belə, 

Azərbaycan  türk  ədəbi  dilinin  xalqın  açıq  ana  dili  əsasında 

formalaşmasını  məqsədə  uyğun  saymamışdır.:  «Əlbəttə,  bu  dil 

ki,  biz  onunla  «Molla  Nəsrəddin»i  yazırdıq,  o  dili  biz  ümumi 

türklər üçün ədəbi dil hesab etmək fikrində deyilik və bu da bizə 

heç lazım deyil. Bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan 

bir dillə Azərbaycan türklərinə və bəlkə də sair türklərə yetirmək 

idi.  Və  zənn  edirəm  ki,  yetirirdik  də…  Bizim  də  şüarımız  dil 

yaratmaq deyil idi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa 

düşən  dildə  ona  yetirmək  idi»  [148,  74-75].  Ancaq  o,  bununla 

yanaşı  ədəbi  dil  kimi  «Molla  Nəsrəddin»  xəttinin  tutulmasına 

rəğbətini  də  gizlətmirdi.  Məmmədquluzadə  «Molla  Nəsrəddin» 

jurnalının  SSRİ  dövründəki  saylarının  birində  «Təmizləmək» 

məqaləsində  Bakıda  keçiriləcək  Türkoloji  qurultayla  bağlı  dil 

məsələsinə  toxunaraq  yazırdı:  «İndi  türkoloji  qurultayı  da  bir 

belə sil-süpurə, yır-yığışdıra başlayacaqdır. Amma bu qurultayın 

təmizləyəcəyi  ev  deyil,  dildir  və  özü  də  Türk  dilidir.  Bəziləri 

dildə nə zibil ola biləcəyini soruşa bilərlər. Dərd elə burasındadır 

ki, heç bir evdə bizim dilimizdə olan qədər zibil yoxdur. Əlifba 

zibili, əruz vəzni zibili, ərəb dili zibili, fars dili zibili, din zibili və 

başqaları.  Türk  dilini  bütün  bu  zibillərdən  təmizləmək  lazım 

gəlir» [160

a

, 632]. 



Bu  baxımdan  sovet  beynəlmiləlçiliyi  tərəfdarları  və 

onların  havadarları  üçün  Azərbaycan  türk  ədəbi  dilinin 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin