www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
270
270
«Halbuki, pantürkizmin çıxış nöqtəsi ana dilidir. Onlar «ana
dilin» budaqlanması yolu ilə hərəkət edirlər. Bu isə, heç bir
doğru nəticə verə bilmir» [70, 8]. Dəmirçizadə hesab edirdi ki,
yeni yaranmış dilin osmanlı dili ilə eyniliyindən çıxış etmək
doğru deyil, çünki «Azərbaycan dili əsas spesifik cəhətləri ilə
osmanlı dilindən, bir müstəqil dil olaraq ayrılır» [70, 8].
Beləliklə,
Dəmirçizadənin
Marks-Engels-Lenin-Stalin
təlimindən çıxış edərək gəldiyi qənaətə görə, «Azərbaycan dili»
türk dilinin əsasında deyil, ərəb və fars dillərinin yerli dilə
qarışması nəticəsində 13-cü əsrdə yaranmışdır [70, 9]. Ancaq o
bu zaman «yerli dil» dedikdə hansı dili nəzərdə tutmuşdur,
məlum deyildir.
Bütün hallarda, «müstəmləkəçilik» siyasətinin nəticəsi
idi ki, 1920-1940-cı illər Azərbaycan mətbuatında ortaq türk
dilinin ruhuna uyğun işlədilmiş bir sıra sözlər (yasaq, qolay,
tışarı, varmaq, köy, əkmək, yabançı və s.), 1940-1960-cı illərdə
sovet ədəbiyyatında türk dilindən alınmış yabançı sözlər kimi
qələmə verilmişdi. Hətta, iş o yerə gəlib çatmışdı ki, 1950-1953-
cü illərdə «Kitabi Dədə-Qorqud»un türk dilində yazıldığı, bu
baxımdan onun Azərbaycan dilinə və Azəbaycan xalqına heç bir
aidiyyətinin olmadığı iddia olunurdu [103, 161].
Bu baxımdan sovet dövründə hökm sürən kosmopolit və
mərkəzçilik ideologiyasının təsiri altında bəzi tədqiqatçılar, o
cümlədən dilçi alimlər (V.Aslanov və b.) imperiya tərəfindən
yeni ad verilmiş «Azərbaycan dili» ilə türk dilinin fərqli
olduğunu göstərmək üçün yazırdılar: «Nəzərdə tutmaq lazımdır
ki, bu qəbil sözlərin, demək olar ki, hamısı uzun müddət hər iki
dildə (?! –F.Ə.), yəni həm doğma ana dilimizdə, həm də türk
dilində qədimdən müştərək şəkildə işlənmiş, sonralar dilimizin
inkişafı ilə əlaqədar olaraq başqa sözlərlə əvəz edilmiş, türk
|