MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə287/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   283   284   285   286   287   288   289   290   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

271 


dilində isə qalmışdır» [26, 109]. Bu zaman açıq-aşkar 1937-ci ilə 

qədər «türk dili» adlanan bir dilin varlığı inkar edilir və heç bir 

əsası olmayan fikirlər səsləndirilirdi. Əgər burada söhbət Türkiyə 

türkcəsi  ilə  Azərbaycan  türkcəsindən  gedirsə,  bu  dilin  qədim 

dövrdə  eyni  köklü  olması,  sonrakı  dönəmlərdə,  ləhcələr 

baxımından  müəyyən  dəyişikliklərə  məruz  qalaraq  bir  qədər 

fərqli şəkildə inkişaf etməsi təbiidir. Ancaq bunu, tamamilə bir-

birindən  fərqli  və  müstəqil  iki  dil  kimi  qələmə  vermək,  ən  azı 

elmi obyektivlikdən uzaq idi.  

Qeyd edək ki, bir müddət yalnız bəzi dilçi alimlər deyil 

(Ə.Dəmirçizadə,  V.Aslanov  və  b.)  deyil,  o  cümlədən  tanınmış 

şairlər,  yazıçılar da dünənə qədər  «türk dili»  adlandırdıqları bir 

dili  [225,  17],  1937-ci  ildən  etibarən  «Azərbaycan  dili»  kimi 

ifadə etmişlər. Həmin dövrdə onların arasında ən tanınmış sima 

hesab olunan S.Vurğun yazırdı ki, «yeni dil» «ərəbçilik, farsçılıq, 

nəhayət  pantürkist  Ə.Hüseynzadələrin  ədəbiyyatımıza  gətirmiş 

olduqları osmanlılıq xəstəliyindən azad olaraq bu gün xalis Azər-

baycan  dili  olmuşdur»  [225,  63].  Ancaq  bunun  əvəzində  «yeni 

dil»  təzə  bir  «xəstəlik»  tapmışdır  ki,  bunu  S.Vurğun  nailiyyət 

kimi qələmə verirdi: «Biz bu gün fəxr edirik ki, Azərbaycan dili 

əsasən  öz  milli  forması  ilə  inkişaf  etməklə  bərabər,  qardaş 

xalqlar,  xüsusən  böyük  rus  dili  hesabına  da  zənginləşir. 

Beləliklə, bu dil dar milli bir çərçivədə qalmayaraq, bütün ittifaq 

sahəsinə qalxır» [225, 64].  

S.Vurğunun  fikirlərindən  belə  çıxır  ki,  dünənə  qədər 

Azərbaycan  xalqının  dili  türk  dili  olduqda  məhdud  xarakter 

daşıyırmış, ancaq o adını dəyişdirib rus dili ilə «zənginləşəndən» 

sonra  Sovet  İttifaqı  sahəsində  genişlənmişdir.  Hər  halda,  bütün 

bunlar  milli  dilə  qarşı  yönəlmiş  məntiqsiz  və  müstəmləkəçilik 

ruhundan  irəli  gələn  mülahizələr  idi.  Eyni  zamanda,  bu 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin