www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
246
246
proletkultçuluqdan deyil, millilik mövqeyindən çıxış edən
mütəfəkkirlərin (H.Cavid, Ə.Cavad, A.İldırım və b.) əslində
düzgün yol tutduqları etiraf olunurdu.
Ancaq bunula yanaşı, milliliyi ört-basdır etmək üçün,
sovet ideoloqları yenə də məsələyə bolşevizm donu
geyindirməyə çalışırdılar. Bu baxımdan sovet ədəbiyyatında
yazılırdı ki, guya, «ədəbiyyatın sinfiliyi haqda marksist-leninçi
təlimi bayağılaşdıranlar vülqar sosiologiya və proletar
mədəniyyətinin ümumxalq və ümümbəşəri mahiyyətini təhrif
edərək onu yalnız fəhlə sinifnin mədəniyyəti kimi məhdud
çərçivəyə salmağa çalışır, sosialist mədəniyyətinin yaranmasında
keçmiş irsin rol və əhəmiyyətini inkar edirdilər» [38, 209]. Hətta
1950-ci illərdə Yazıçılar İttifaqının sədri S.Rəhimov qurumun
plenumundakı (1954) çıxışında deyirdi ki, Azərbaycan sovet
ədəbiyyatı hər hansı düşmən ideyalara qarşı atəş aça-aça
irəliləmiş, pantürkizm, panislamizm, kosmopolitizm, nihilizm,
formalizm və başqa zərərli, yabançı meyillərə qarşı amansız
mübarizə aparmışdır [103, 23].
Bu onu göstərirdi ki, sovet ideoloqları zaman-zaman
milli şüuru məhv etmək üçün müxtəlif ideyalara əl atmış, bəzən
həmin ideyaların onların özlərinə qarşı yönəlməsini görərək,
ondan imtina etmişlər. Bu zaman isə, vaxtilə milli şüuru məhv
etmək üçün ortaya atdıqları «proletkultçuluq», «kosmoplitizmi»
təbliğ edən yerli ziyalıları günahkar çıxarır, ittiham edirdilər.
Burada ən çox təəssüf doğuran hal isə odur ki, sovet rəhbərləri
və ideoloqları adətən, bu məsələlərdə milli ziyalıları bir-birlərinə
qarşı qoyurdular. Halbuki dünənə qədər proletar mədəniyyəti
şüarı ilə əli nazimlərə, süleyman rüstəmlərə, səməd vurğunlara,
mikayıl rəfilərə və başqalarına şərait yaradaraq onları millilik-
müstəqillik tərəfdarlarına qarşı sürkləyənlər də, eyni zamanda,
|