www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
336
336
nında əriməsi üçün böyük qeyrət sərf edildiyi də inkar edilməz
bir həqiqətdir. Türk və Müsəlman xalqlar üzərində bu təzyiq və
qeyrət son həddini bulmaqdadır» [239
a
, 177-178]. Göygöl
yazırdı ki, sovet ideoloqları Azərbaycan türklərinin tarixini,
mədəniyyətini, soykökünü və dilini saxtalaşdırmaq üçün bütün
vasitələrə əl atırlar: «Azərbaycanlıların Türk olmayıb Alban
əslindən olduğu saxta tezisini isbat etmək üçün Sovet
tarixçilərincə coşqun fəaliyyət göstərilməkdədir. Türk dili və
fonetikasına heç bir şəkildə uymayan Rus hərflərinin qəbulu ilə
kifayətlənməyən kommunistlər bütün elmi olan kəlmələrin də
ruscada olanların eyni olması məcburiyyətini qoymuşlar. Bu
məmləkətlərdə olan ərəbcə, farsca, türkcə dəyişikliklərin ruscada
olanların dəyişdirilməsi məcburən təmin edilməkdədir. Bütün
bunlara riayətsizlik kommunist əleyhdarlığı və siyasi günah
sayılmaqdadır. Bütün bu tədbirlərdə tək qayə, Rus Kommunist
diktaturası altında yaşayanların Kosmopolit Rus Kommunist
qaynar qazan içərisində mənlik və varlıqlarını itirərək, fərdlərin
bir Rus köləsi halına gəlmələrini saxlamaqdır» [239
a
, 178].
Ziyalımıza görə, Rus kosmopolitizmi uğrunda atılan
ciddi tədbirlər əhəmiyyətsiz sayılmayacaq dərəcədə təsirlərini
göstərməkdədir. Bu baxımdan Rus kosmopolitizminə qarşı
mübarizə aparmaq əsas məsələlərdən birinə çevrilmişdir. Göygöl
yazırdı ki, Sovet diktaturasının müstəmləkəsinə çevrilmiş
millətlərin üzərində həssaslıqla durmalı olduğu əsas məsələ də
Rus kosmopolitizminin təsirinin nəticəsiz qalmasını saxlamaqdır.
Ona görə də kommunistlərin iqtisadi, ictimai, kültürəl və başqa
sahələrdə basqı, məhvetmə siyasətləriən qarşı istilada olanlar
ciddi və daimi şəkildə müqavimət göstərməlidirlər. Göygöl
yazırdı: «Əlbəttə bu amili əsaslandıran ruhun Milli Ruh
olduğuna kimsə tərəddüd etməz. Bolşevik kommunistlərin
|