MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə357/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   353   354   355   356   357   358   359   360   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

338 



338 

Süleyman Təkinərin də «Tarix boyunca kommunistvari 

fikir və hərəkatlar» məqaləsində yazırdı ki, kommunizm ideyası 

birdən-birə meydana çıxmamış, müəyyən bir təkamül mərhələsi 

keçmişdir. Onun fikrincə, kommunizmin yaranmasında əsas rol 

Karl Marks və Fridrix Engelsə məxsus olsa da, o, özünün daha 

yüksək  mərhələsini  Rusiyada  tapmışdır.  Ancaq  Marks  və 

Engelsin düşündüyü kommunizmlə V.Leninin və İ.V.Stalinin 

uyğuladığı  kommunizm  xeyli  dərəcədə  fərqli  olmuşdur: 

«Fərdlərini bir robot halına gətirməklə qəddar bir diktatorluq 

quran Rus kommunistləri, bu gün  Rusiyada artıq sosializmin 

gerçəkləşmiş olduğunu iddia edirlər. Əcəba, bugünkü Sovetlər 

Birliyi  deyilən fərdlər və millətlər həbsxanasında sosializmin 

gerçəkləmiş olduğunu iddia etmək mümkündürmü?» [240

a

]. 



Mühacir ziyalımıza görə, Sovetlər Birliyindəki ictimai 

ədalətsizlik  və  sosial  bərabərsizlik  dünyanın  heç  bir  mədəni 

məmləkətində 

yoxdur. 


Çünki 

Staxnovçuluq, 

Krivonosovçuluq, Vineqradovçuluq və sair buna bənzər adlar 

altında  xalqın  bütün  təbəqələri  arasında  hasilə  gətirilən 

aristokrat  təbəqələrinin  sahib  olduqları  geniş  imtiyazlara 

dünyanın  heç  bir  tərəfində  rast  gəlinmir.  Yalnız  bu  Sovet 

aristokratiyası  tərəfindən  dəstəklənən  kiçik  tiranlar  qrupu  bu 

böyük  məmləkətin  idarəsini  geniş  xalq  kütlələrinin  arzuları 

xilafına  olaraq,  yalnız  zülm  sayəsində  əllərində  tuta  bilərlər. 

Təkinər  yazırdı:  «Digər  tərəfdən  «Rus  imperializminin 

qorxunc  bir  silahı»  halına  gəlməklə  artıq  bir  ideologiya 

olmaqdan  çoxdan  çıxmış  olan  kommunizm  bu  gün  marksist 

internasionalizmindən 

artıq 


Rus 

şovinizmini 

təmsil 

etməkdədir.  Fəqət,  insan  cəmiyyətinin  təbii  əsaslarını  

yıxmaqla  təbiət  qanunlarına  qarşı  çıxan  kommunizmin 

«İnsanlara 

hürriyyət, 

millətlərə 

istiqlal» 

parolunu 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin