www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
346
346
XX yüzilliyin sonu – XXI yüzilliyin başlanğıcında
milli ideologiyanın dirçəlişi: yeni baxışlar və problemlər
4.1. XX yüzilliyin sonu - XXI yüzilliyin başlanğıcında milli
ideologiya probleminə ikili baxış və milli şüur məsələsi
70 illik Sovet imperiyasından və onun «sovet beynəl-
miləlçiliyi» («rus kommunizmi») ideologiyasından imtina
edib dövlət müstəqilliyini bərpa edən (1991) Azərbaycan
xalqının yeni ideologiyasının hansı istiqamətdə formalaşacağı
məsələsi ilk illərdən aktuallıq kəsb etməyə başlamışdır.
Müstəqil dövlətə sahib olan Azərbaycan türkləri üçün «sovet
beynəlmiləlçiliyi»
ideologiyasından
sonra
yeni
bir
ideologiyaya üz tutmaq heç də asan məsələ deyildi. Görünür,
SSRİ dövrünün «sovet beynəlmiləlçiliyi» ideologiyasının ağrı
və əzablarını görməyin nəticəsi idi ki, bəzi yerli ziyalılar
ümumiyyətlə, istənilən ideologiyanın əleyhinə çıxırdılar.
Ancaq Azərbaycan aydınları arasında yeni bir ideologiyanın
yaradılması tərəfdarları daha çox idilər. Bununla da, müstəqil
Azərbaycanda milli ideologiya məsələsinə münasibətdə ikili
mövqedə: 1) ideologiyanın vacibliyini müdafiə edənlər; 2)
istənilən ideologiyanın əleyhinə olanlar var.
Bizcə, hər iki tərəfin müdafiə etdikləri mövqeni
əsaslandırmaq üçün irəli sürdükləri arqumentlər ciddi şəkildə
təhlil olunmalıdır. Məsələn, ideologiyasızlaşdırma tərəfdarları
hesab edirlər ki, istənilən ideologiya insanları təzyiq altında
saxlayır, onların hüquqlarını tapdalayır. Onlar buna bariz
nümunə kimi SSRİ-ni və həmin imperiyanın «sovet
beynəlmiləlçiliyi» ideologiyasını göstərirlər. Ümumiyyətlə, bu
fikrin tərəfdarlarına görə, SSRİ dövründə olduğu kimi, 70 il