MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə366/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   362   363   364   365   366   367   368   369   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

347 


hakim  ideologiyanın  təzyiqi  altında  yaşayan  bir  milləti 

yenidən  hansısa  bir  ideologiyaya  cəlb  etmək  doğru  deyildir 

[2

a

,  183].  Burada  əsas  məsələ  hər  bir  vətəndaşın  hüquq  və 



azadlıqlarının 

təmin 


olunması, 

sosial 


rifahının 

yaxşılaşdırılması və sairdir. Əlbəttə, ilk baxışda bu dəlillər heç 

də əsassız görünmür.  

Ancaq  bizə  elə  gəlir  ki,  bu  faktorlardan  çıxış  edərək 

ideologiyadan,  xüsusilə  milli  ideologiyadan  imtina  etmək  ən 

azı  həmin  cəmiyyətin  xarici  geosiyasi  dairələrin  ideologiya-

larının təsiri altına düşməsi  üçün münbit  şərait  yaradır.  Buna 

nümunə kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 

milli  şüurun  formalaşması  yolunda  kənar  ideologiyaların 

oynadığı  mənfi  rolu  göstərə  bilərik.  Belə  ki,  bu  illər  ərzində 

Azərbaycan  insanının  şüurundakı  ziddiyyətlərdən  istifadə 

edərək  onu  daha  da  dərinləşdirən,  öz  maraqlarına 

uyğunlaşdırmağa  çalışan  antimilli,  antiazərbaycan  qüvvələr 

olmuşdur.  Konkret  olaraq  Azərbaycan  müstəqilliyini  bərpa 

edəndən  sonra  Rusiyanın  imperalizm  ənənələrini  davam 

etdirən dairələrin «Gömrük İttifaqı-yeni imperializmi», Qərb-

Avropa  qlobalistlərinin  vətəndaş  cəmiyyəti-kosmopolitizmi, 

paniranizm 

ideoloqlarının 

«müsəlman 

birliyi»-«şiə 

islamçılığı»  və  başqa  antimilli  ideyalar  bu  günədək 

azərbaycanlıların  milli  şüurunun  formalaşmasına  mənfi  təsir 

göstərmişdir. Belə ki, Azərbaycan türk insanının şüuruna təsir 

etmək  üçün  Rusiyanın  «Gömrük  İttifaqı-yeni  imperializm» 

tərəfdarları 70 illik SSRİ nostalgiyasını, İran ideoloqları ortaq 

islam-şiə dəyərləri və «tarixi birlik» ənənələrini, Qərb-Avropa 

qlobalistləri  isə  demokratiya  və  vətəndaş  cəmiyyəti 

prinsiplərini önə sürürlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   362   363   364   365   366   367   368   369   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin