MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə364/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   360   361   362   363   364   365   366   367   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

345 


qalacaqdır.  Çünki    çarizm  kimi  bolşevizmin  də mahiyyətinin 

əsasını müstəmləkəçilik təşkil edir. 

Mühacir  mütəfəkkirlərin  fikrincə,  milli  istiqlalı  yaşa-

dacaq əsas amillərdən biri də milli dildir. Bu baxımdan onlar 

bütün  mənalarda  türk  dilinin  ruslaşdırılması  siyasətinə,  eləcə 

də  kiril    əlifbasına  qarşı  çıxmışlar.  Onlar  hesab  edirdilər  ki, 

azad  və  müstəqil  Azərbaycan  qurmaq  üçün,  birinci  növbədə 

Azərbaycan  türk  dili  öz  varlığını  mühafizə  etməlidir.  Başqa 

sözlə, türk dili hər cür yad ünsürlərdən, o cümlədən sovetizm-

leninizm adı ilə dilimizə doldurulmuş rus və Avropa mənşəli 

sözlərdən  təmizlənməlidir.  Onlar  bir  tərəfdən  rus  dilinə  və 

əlifbasına, digər tərəfdən ərəb-fars dilindən istifadəyə və ərəb 

əlifbasına  qarşı  çıxırdılar.  Mühacir  mütəfəkkirlərin  fikrincə, 

ən  yaxşı  seçim  türk  dili  və  türk  (latın)  əlifbasıdır.  Deməli, 

onlar həm ruslaşdırmaya, həm də farslaşdırmaya qarşı çıxaraq 

müstəqil və milli Azərbaycan ideyasını müdafiə ediblər. 

 

 

 



 

Əslimi, nəslimi tanıyıram mən, 

Qarışıq deyiləm özümdən hürkəm. 

Sən kimsən, sən nəsən, özün bilərsən, 

Mən ilk qaynağımdan türk oğlu türkəm!  


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin