MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə367/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   363   364   365   366   367   368   369   370   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

348 



348 

Bu  onun  göstəricisidir  ki,  Azərbaycan  toplumunun 

ideologiyasızlaşdırma  (ideologiyadan  azad  etmə)  xəttini 

müdafiə  edib-etməməsindən  asılı  olmayaraq,  onun  şüuruna 

kənardan  hansısa  ideyalar,  daha  doğrusu  antimilli  ideyalar 

yeridilməyə davam edilir. Bu baxımdan, Azərbaycan xalqının 

özünü  müdafiə  etməsi  və  milli  varlığını  qoruyub  yaşatması 

üçün ideologiyalaşma faktorundan istifadə etməsi qaçılmazdır. 

Çünki  nə  qloballaşmanın  vacibliyini  irəli  sürən  Qərb-Avropa 

ölkələri,  nə  «şiə  islamçılığı»ndan  çıxış  edən  İran,  nə  də 

«Gömrük  İttifaqı»-Avrasiyaçılıq  havası  ilə  yaşayan  Rusiya 

ümumilikdə  öz  cəmiyyətləri  daxilində  heç  də  ideologiyalaş-

madan imtina etmirlər. Onların «demokratiya-vətəndaş cəmiy-

yəti»  (Qərb),  «Gömrük  İttifaqı»-avrasiyaçılıq  (Rusiya), 

«müsəlman-şiə  həmrəyliyi»  (İran)  adları  altında  gizlənmiş 

«beynəlmiləlçiliyi» əslində başqa dövlətlərin cəmiyyətlərinin, 

o  cümlədən  Azərbaycan  xalqının  milli  mənlik  şüurunun 

assimilyasiyasına yönəlmişdir.  

Digər tərəfdən, hər hansı bir cəmiyyətin ideologiyasız-

laşdırılması  onun  milli-mənəvi  dəyərlərinin,  o  cümlədən 

dilinin,  tarixinin,  ədəbiyyatının,  mədəniyyətinin  itirilməsinə, 

assimilyasiya  olunmasına  gətirib  çıxarır.  Belə  ki,  mütərəqqi 

ideologiyanın  hökm  sürmədiyi  cəmiyyətdə  millilik  tamamilə 

aradan  qalxır  və  onun  yerini  kosmopolitizm  («dünya  vətən-

daşlığı»  ideyası  naminə  siyasətdə  milli  əsaslardan  imtina 

edilməsi) tutur. Bu zaman kosmopolit-«beynəlmiləlçi» cəmiy-

yətin  tarixi,  ədəbiyyatı,  mədəniyyəti  də  bir  növ  ayrı-ayrı 

xalqların, dinlərin, mədəniyyətlərin mexaniki cəmindən başqa 

bir şey olmur. Fikrimizcə, son 22-23 il ərzində bundan əziyyət 

çəkən  cəmiyyətlərdən  biri  də  Azərbaycan  xalqıdır.  Halbuki 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin