www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
349
Azərbaycan cəmiyyəti hələlik, yeni milli ideologiya
formalaşdıra bilməsə də, ondan imtina da etməmişdir.
Müstəqilliyin ilk dövrlərindən etibarən Azərbaycanda
ideologiyalaşmanın zəruri olduğunu iddia edənlər isə ideolo-
giya məsələsində milli ideologiyadan çıxış edənlərdir.
Azərbaycanda milli ideologiya deyərkən, əsasən türkçülük və
azərbaycançılıqdan bəhs olunur. Ancaq Azərbaycanın milli
ideologiyası kimi islamçılığı, modernləşməyi və başqalarını
göstərənlər də vardır. Biz də burada Azərbaycan milli ideyası
kimi daha çox türkçülük və azərbaycançılıq ideyaları və bu
ideyaların mahiyyətini təşkil edən milli şüur məsələsi üzərində
dayanacağıq. Çünki istər ötən əsrin əvvəllərində, istərsə
hazırda milli ideya kimi türkçülüklə azərbaycançılığa
əsaslananlar İslamı və modernləşməyi onun tərkib hissəsi
hesab edirlər.
70 illik müstəmləkəçilikdən sonra yenidən meydana
çıxan türkçülük və azərbaycançılıq kimi milli ideyalar, hətta
onlarla bir sırada tutulan islamçılıq və müasirlik özünü
doğrultmaq üçün ilk növbədə, azərbaycanlıları öz ətrafında
birləşdirmək iqtidarına malik olduğunu sübut etməli idi. İlk
dövrlərdə həmin ideyaların tərəfdarlarında güclü inam var idi
ki, məhz onların yolu doğru yoldur. Bu baxımdan
Azərbaycanın hansı əlifbadan istifadə etməsi kimi önəmli bir
məsələdə, islamçıların ərəb əlifbasını, türkçülərin latın
qrafikasını müdafiə etmələri, «sovet beynəlmiləlçiliyi»nin
təsirindən qurtula bilməyənlərin isə kiril əlifbasının
saxlanılması ilə bağlı müddəaları başa düşülən idi [235
a
, 34].
Ancaq türkçülər, islamçılar və «yeni kommunistlər» yalnız
onlara məxsus ideyanın digərindən üstünlüyünü irəli sürərkən
bir vacib məqamı unudurdular ki, SSRİ dövründə Azərbaycan
|