MahirəNərimanqızı


İslamçılıq,  onun  mahiyyəti  və  əsas  istiqamətləri



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə40/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   36   37   38   39   40   41   42   43   ...   614
İslamçılıq,  onun  mahiyyəti  və  əsas  istiqamətləri. 

İslam-Türk-Şərq  mədəniyyətinə  əsaslı  milli  ideyalar  arasında 

ilk olaraq önə çıxan dini birlik - İslam birliyi olmuşdur. Din 

qan-nəsil  (etnos)  birliyinə  əsaslanmasa  da,  ancaq  bir  çox 

millətlərin  varlığında  və  özünü  qorumasında  mühüm  rol 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

41 


oynamışdır. Hətta, bəzi millətlər bu günə qədər var olmaların-

da  tapındıqları  dinə  borcludurlar.  Çünki  dinin  cəmiyyətin 

şüuruna təsiri qan-nəsil  birliyindən daha çox etiqad, inam və 

inanclarla  bağlıdır.  Bu  inanclar,  inamlar  müxtəlif  millətlər 

daxilində  fərqli  mahiyyətlərə  malik  olmalarına  baxmayaraq, 

onların  əsas  təsiretmə  vasitəsi  ilk  növbədə,  şüurla  bağlıdır. 

Yəni din ideyasında insanları birləşdirən onların şüurlarındakı 

hər  hansı  sitayiş  obyektləri  və  ona  gətirilən  inamlar, 

etiqadlardır. 

Özəlliklə,  müstəmləkə  halına  düşmüş  bir  çox 

millətlərin  bundan  qurtulmaq  üçün  milli  ideya  kimi 

tapındıqları  hər  hansı  dini  seçmələri  də  təbiidir.  Məlum 

olduğu kimi milli özünütəyin, milli özünüdərklə bağlı ideyalar 

yaranana qədər din ideyası milli ideya rolunda çıxış etmişdir. 

Təsadüfi  deyil  ki,  orta  əsrlərdə  bir  çox  Avropa  millətlərinin 

əsas  milli  ideyası  Xristian  dini  olmuşdur.  Avropa  millətləri 

(fransızlar,  ingilislər  və  b.)  yalnız  XVII-XVIII  əsrlərdən 

başlayaraq  millət  və  din  ideyalarını  bir-birindən  fərqləndir-

məyə  başladılar.  Bununla  da,  həmin  dövrdən  etibarən 

Avropanın  xristian  toplumları  millətləşmə  prosesinə  üz 

tutdular.  Bu  prosesdə  N.Makiavelli,  T.Hobbs,  C.Lokk, 

Ş.L.Mönteskye və başqaları mühüm rol oynadılar. 

Maraqlıdır ki, Xristian Avropasında millətləşəmə pro-

sesi getdiyi bir dövrdə  İslam Şərqində dinləşmə daha da  güc-

ləndi.  Məsələn,  Osmanlı,  Səfəvilər  kimi  böyük  müsəlman 

dövlətlərində milli kimlik tamamilə aradan qalxır, onun yerini 

sünni  osmanlılığı,  şiə  iranlılığı  tuturdu.  Bu  baxımdan  həmin 

əsrlərdə  Avropa  mütəfəkkirləri  milləti  xristianlıqdan 

fərqləndirməyə 

çalışdıqları 

halda, 

müsəlman 

Şərqi 

mütəfəkkirləri tərsinə ümmətçiliyi gücləndirməyə çalışırdılar. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin