www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
43
yanaşacaqlarsa, bu zaman müsbət nəticə əldə etmək də çətin
olacaqdır. Eyni sözləri, türklük və müasirlik, islamçılıq və
müasirlik anlayışlarına da aid edə bilərik.
Ola bilər ki, milliliyə, yaxud da müasirliyə aid hər
hansı bir əməl dinlə səsləşməsin. Bu zaman millətin üzvlərinin
istənilən məsələyə nə qatı millilik (bəzilərinə görə müasirliyin
ziddinə olaraq) baxımından yanaşması, nə də islamlıqdan çıxış
etməsinin vacibliyini irəli sürmək doğru deyildir. Ümumiyyət-
lə, millətin üzvləri istənilən məsələyə münasibətdə millillik və
islamlıq nəzər nöqtəsindən fərqli yanaşsalar da, son nəticədə
həm millətin, həm də dinin ortaq çıxarılarına uyğun hərəkət
etməlidirlər. Ən azı ona görə ki, dini əxlaqi-mənəvi dəyər
kimi qəbul edən millət dövlət siyasətində prioritet olaraq milli
maraqlardan çıxış edir. Din isə bu milli maraqların tərkib
hissəsi kimi dövlətin işinə qarışmır, əksinə lazım gələn
anlarda millilik ideyasına dəstək olur. Fikrimizcə, bu halda
millilik müəyyən mənada, şərti olaraq din ideyasından üstün
mövqe tutur. Əlbəttə, bu çox nisbi bir məsələdir. Ancaq bütün
hallarda,
milli
maraqlar
baxımından milliliyin dinə
münasibətdə nisbi də olsa, üstünlüyü vacib məsələdir. Çünki
əksər millətlərin (fransızlar, ingilislər, türklər, almanlar, ruslar
və b.) müstəqil varlığında millilik amili əsas götürülür, nəinki
din faktoru.
Din ideyasına münasibətdə ikinci önəmli məsələ,
ondan siyasi ideologiya kimi istifadə olunmasıdır. Yəni bəzi
millətlər, xüsusilə İslam Şərqinə aid bir çox xalqlar (ərəblər,
farslar və b.) var ki, müstəqil varlıqlarına görə, ilk növbədə
din faktoruna borcludurlar. Ancaq bu o demək deyil ki, bu
ölkələrdə millilik faktoru nəzərə alınmır. Sadəcə, müsəlman
inanclı bəzi millətlər, o cümlədən ərəblər, farslar və başqaları
|