MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə38/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   34   35   36   37   38   39   40   41   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

39 


sində, milli ideologiyanın formalaşdırılmasında N.Nərimanov-

un  zəngin  ədəbi,  elmi,  nəzəri-fəlsəfi  irsi  etibarlı  mənbə  kimi 

son dərəcə aktualdır [94, 3]. Bunun əvəzində, SSRİ dövründə 

“pantürkist”  və  “panislamist”  mütəfəkkirlər  kimi  qələmə 

verilib  sosialist  dünyagörüşünə,  fəhlə  sinfinin  inqilabi 

hərəkatına xəyanət etdiklərinə görə tənqid olunan Ağaoğlular, 

Rəsulzadələr,  Topçubaşılar  və  başqaları  [65

a

]  haqqında  hələ 



də, birmənalı olmayan fikirlərə, mülahizələrə rast gəlirik.  

Fikrimizcə,  ciddi  araşdırmalar  aparılmadan,  problemə 

kompleks şəkildə  yanaşılmadan hazırda ayrı-ayrı mütəfəkkir-

lər,  eləcə  də  siyasi-ideoloji  cərəyanlar  haqqında  təsadüfi, 

yersiz mülahizələrin  səsləndirilməsi  doğru deyildir. Xüsusilə, 

bəzi  ədəbiyyatda  həmin  dövrün  bir  çox  aydınlarına 

münasibətdə,  elmi  obyektivlikdən  daha  çox  subyektiv 

yanaşmalara  rast  gəlirik.  Ən  acınacaqlısı  odur  ki,  həmin 

dövrün ziddiyyətlərini aydınlaşdırmaq, bir çox mütəfəkkirlərin 

nədən  təzadlı  mövqelərdən  çıxış  etməsini  aşkara  çıxarmaq, 

mühitin  mürəkkəbliyini  nəzərə  almaq  əvəzinə,  sovet 

ədəbiyyatının  məzmununun  bir  qədər  dəyişilməsi,  yaxud  da 

SSRİ  müəlliflərinin  irəli  sürdüyü  mülahizələrin  doqmatik 

şəkildə  qəbul  edilməsi  halları  ilə  qarşılaşırıq.  Bu  baxımdan 

Milli  Azadlıq  Hərəkatı  uğrunda  mübarizə  aparanların  çar 

Rusiyası  və  SSRİ  ədəbiyyatında  «millətçi»,  «pantürkist», 

«panislamist»  kimi  verilməsi  təəccüblü  olmasa  da,  hazırda, 

ciddi  araşdırmalar  aparılmadan  sovet  dövründə  marksizmin 

qatı  düşmənləri  kimi  qələmə  verilən  həmin  şəxsiyyətlərin, 

əsasən layiq olduqları yüksək mövqelərinin aşağı salınmasına 

cəhd, əvəzində yenidən marksist-leninçi ideoloqların müdafiə 

olunması başa düşülən deyildir. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin