MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə404/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   400   401   402   403   404   405   406   407   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

380 



380 

irəli  sürdüyü  təlimdə  son  zamanlar  çox  vurğulanan  vətəndaş 

cəmiyyətinin  eleməntləri  var  idi.  Onlar  dövləti  üstqurum, 

vətəndaş  cəmiyyətini  maddi  bazis  kimi  görür,  dövlətsiz 

kommunist  cəmiyyətinin  yarana  biləcəyinə  inanırdılar.  Bir 

sözlə,  zaman  gələcək,  hüquq  və  dövlət  aradan  qalxacaq, 

hakimiyyətsiz vətəndaş cəmiyyəti yaranacaq [50, 7]. 

Bu mənada, keçmiş SSRİ dövründə Ukraynada, Azər-

baycanda,  Gürcüstanda  və  başqa  müstəmləkə  ölkələrdə 

«milli»  xüsusiyyətli  sosializm  adı  altında,  sözün  həqiqi 

mənasında marksizmin dövlətsiz kommunist  cəmiyyəti deyil, 

rus  bolşeviklərinin  «rus  kommunizmi»  qurulurdu.  Demək 

istədiyimiz  odur  ki,  bu  beynəlmiləl  ideya  rus  bolşeviklərinin 

imperiya  maraqları  səbəbindən  olduğu  kimi  tətbiq 

olunmamışdır.  Hər  halda,  marksizmin  banilərinin  irəli 

sürdükləri kommunizm (dövlətsiz vətəndaş cəmiyyəti) ideyası 

«rus  kommunizmi»ndən  mahiyyət  etibarilə  çox  fərqli 

olmuşdur.  Deməli,  keçmiş  SSRİ  xalqlarının  şüurlarına 

marksizm  banilərinin  kommunizm  ideyası  deyil,  Leninin  və 

Stalinin «rus kommunizmi» ideyası yeridilmiş, üstəlik ona bir 

«milli» xüsusiyyətlər də əlavə edilmişdir. Bununla da, keçmiş 

SSRİ  xalqlarının  şüurlarında  kommunizmə  münasibətdə  yeni 

bir  ictimai  şüur  formalaşdırılmışdır.  Elə  bir  şüur  ki,  orada 

vətəndaş  nə  özünü  kommunist,  nə  də  milli  mənada  dərk  edə 

bilirdi.  Bununla  da,  keçmiş  SSRİ  xalqları  «sovet  vətəndaşı 

cəmiyyəti»  və  «kommunizm»  adı  altında  daha  çox 

ruslaşdırılırdı.  Bu  da,  qeyri-rus  millətlərin  şüurunda 

natamamlıq kompleksi, köləlik düşüncəsi yaradırdı.  

Bu,  artıq  idarəedənlər  (rus  bolşevikləri)  üçün  asan 

idarəolunan  cəmiyyətlər  (ukraynalı,  azərbaycanlı,  gürcü, 

qazax  və  b.)  demək  idi.  Burada  əsas  məqam  odur  ki, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin