www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
521
Bu baxımdan Azərbaycan türk ideoloqları etnik
türkçülüklə-azərbaycançılıqla bağlı nəzəri ideyalarını 1918-ci
ilin mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətinin dövlət
dilinin və millətinin adını türk olaraq əməli şəkildə müəyyən-
ləşdirməklə bu məsələləri əsasən həll etmişlər. M.Ə.Rəsulzadə
ideyalarının
məhsulu
olan
Azərbaycan
türkçülüyü-
azərbaycançılıq ideyası (ortaq türk dili, ortaq türk tarixi, ortaq
türk mədəniyyəti və s.), 1920-ci il yanvarın 11-də Azərbaycan
Cümhuriyyətinin dünyanın aparıcı dövlətləri tərəfindən
tanınması ilə beynəlxalq hüquqi status da qazanmışdır. Azər-
baycan Cümhuriyyətinin bir türk dövləti kimi dünya dövlətləri
tərəfindən tanınmasının nəticəsi olaraq da, SSRİ işğalının
müəyyən bir dövründə (1920-1936) də «Azərbaycan türk
milləti», «Azərbaycan türk dili» və bu kimi anlayışlar öz
statusunu qoruyub saxlamışdır. Məsələn, 1926-cı ildə Bakıda
keçirilən 1-ci Türkoloji qurultayın iştirakçıları dəfələrlə Azər-
baycandan və Orta Asiyanın türk dövlətlərindən türk respub-
likaları kimi bəhs etmişlər [172
a
, 27; 297]. Bir sözlə, 1937-ci
ilə qədər Azərbaycan dövlətinin dili türk, milləti türk adlanmış
və Quzey Azərbaycan istər SSRİ, istərsə də dünya ölkələri
tərəfindən türk ölkəsi, türk dövləti kimi qəbul edilmişdir.
Bu baxımdan Azərbaycan Cümhuriyyətini süquta
uğradaraq onun yerində Azərbaycan Sovet Sosialist Respu-
blikasını yaradan Sovet Rusiyasının başçıları və ideoloqları
yalnız siyasi durumu dəyişdirməklə kifayətlənə bilməzdilər.
Ona görə də, ölkənin ictimai-siyasi quruluşunu dəyişən sovet-
rus ideoloqları çox keçmədən, Azərbaycanda kök salmış milli
ideyaya – Azərbaycan türkçülüyünə qarşı da hücuma keçdilər.
Ancaq Azərbaycanı silah gücünə işğal edən Sovet Rusiyası bu
məsələdə də xeyli əziyyətlər çəkməli oldu. Buna başlıca səbəb
|