MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə558/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   554   555   556   557   558   559   560   561   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

529 


N.Cəfərovun  burada  «Azərbaycan  dili»nin  varlığını  isbat  etmək 

üçün irəli sürdüyü müddəaların heç bir əsası və inandırıcı görünən 

tərəfi yoxdur. 

«Azərbaycançılıq»  və  «türkçülüy»ün  sintezindən  çıxış 

edənlərin  əksəriyyəti  (B.Vahabzadə,  Anar,  H.Həsənov, 

T.Hacıyev, K.V.Nərimanoğlu, K.Abdulla, C.Həsənli və b.) hesab 

edirlər  ki,  Azərbaycan  dili  türk  dili,  «Azərbaycan  türk  dili», 

«Azəri türk dili», «Azərbaycan türkcəsi» kimi də adlandırla bilər. 

Məsələn, tarixçi alim Həsən Həsənov (Əzizoğlu) yazır ki, dilimiz 

türk  dili  adlansaydı  daha  yaxşı  olardı  [99,  39].  Azərbaycan 

filosofu  Rafail Əhmədli  də təxminən  enyi mövqedən  çıxış edir: 

«Dil  davası,  millət  olaraq  varlıq,  müstəqillik  davasıdır.  Mənsub 

olduğumuz  türk  dili  vətənimizin  birlik  və  bütünlüyünü,  milli 

tariximizin  davamlılığını  yaşadır»  [78,  238].  Onlardan  fərqli 

olaraq Azərbaycan alimi Kamal Abdulla bu məsələ ilə bağlı bir 

neçə variant irəli sürür və fikrimizcə, o qədər də məqbul olmayan 

belə bir nəticəyə gəlir: «Dilimiz, əlbəttə ki, türk dilidir… Amma 

bəlkə onu Azərbaycan dili adlandırsaq, daha düzgün olar?! Elədir 

ki,  var, dilimiz həm  də  Azərbaycan dilidir.  Azərbaycan türk dili 

necə? Şübhəsiz, o da doğrudur. Dilimiz Azərbaycan türk dilidir… 

Eyni dilin üç adı? Təəccüblənməyə tələsməyək. Niyə də yox?! Bu 

adların  heç  biri  digərini  inkar  etmir»  [1,  65-66].  Fikrimizcə,  bir 

millətin  həyatı  üçün  müstəsna  əhəmiyyətə  malik  olan  dil 

məsələsinə, yəni milli dilin adının hansı şəkildə müəyyənləşməsi 

ilə bağlı problemə bu cür yanaşma qətiyyən doğru deyildir. Bəlkə 

də,  coğrafi  ərazi,  yaxud  da  dövlət  adının  hansı  adla 

adlandırılmasıyla bağlı bir neçə variant olsaydı, bunu haradasa da 

təbii  qəbul  etmək  olardı.  Buna  örnək  olaraq,  indiki  dövlətimizin 

vaxtilə hansı adla adlandırmasıyla bağlı bir neçə variantın (Xəzər, 

Azərbaycan,  Cənubi  Qafqaz  Türk  və  b.)  irəli  sürülməsini  də 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   554   555   556   557   558   559   560   561   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin