MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə566/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   562   563   564   565   566   567   568   569   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

537 


Doğrudur, bu kitabı ərsəyə gətirənlər bəyan edə bilərlər ki, 

onlar Azərbaycan əhalisinin bir faizini belə təşkil etməyən türklər 

dedikdə,  hansısa  amillərdən  (məsələn,  Axıska  türklərini  nəzərdə 

tutaraq) çıxış ediblər. Əgər belə bir faktor olubsa, o hökmən qeyd 

edilməli  idi.  Əks  təqdirdə  yalnız  türklərin  deyil,  o  cümlədən 

onlarla  bərabər  ləzgilər,  talışlar,  avarlar  və  başqa  azsaylı  etnik 

qrupların  ayrıca  qeyd  edilməsi,  istənilən  halda  azərbaycanlıların 

ondan  sonra  qeyd  edilənlərlə  eyni  milli  tərkibi  paylaşmamasını 

ortaya qoyur. Nəzərə alsaq ki, bu kitab iki dildə nəşr olunmuşdur, 

onda  bu  rəsmi  nəşri  oxuyan  əcnəbi  millətlərin  azərbaycanlıların 

yalnız türklərdən deyil, talışlar, ləzgilər, kürdlər, tatlar, udinlər və 

başqa  etnik  azlıqlardan  da  fərqli  bir  millət  olması  qənaətinə 

gəlməsi təbiidir. Bu halda məlum olmur ki, azərbaycanlılar etnik 

mənşəcə kimdir, onlara məxsus «Azərbaycan dili» türk dilinə nə 

dərəcədə doğma və yaxud da yaddır? 

Maraqlıdır  ki,  bu  kitabın  doğma  dilimizdə  olan  hissəsində  dövlət  dili  «azərbaycan»,  ingilis 

dilində  isə  «azəri»  adlandırılmışdı.  Eyni  zamanda  bu  kitabda  qeyd  olunduğuna  görə  «azərbaycanlı 

milləti»nin  99,7  faizi  öz  millətinin  dilini  ana  dili  sayır  və  öz  millətinin  dilində,  yəni  «Azərbaycan 

dili»ndə  danışırlar.  Azərbaycan  əhalisinin  cəmi  0,4  faizini  təşkil  edən  türklərin  isə  83,7  faizi  öz 

millətinin,  yəni türk millətinin dilini ana dili  sayır,  ancaq onlardan 85,5 faizi  «Azərbaycan dili»ndə 

[160, 99] danışırlar. Maraqlıdır bütün bu rəqəmləri Dövlət Statistika Komitəsi haradan əldə etmiş, hansı 

mənbələrə və faktlara əsaslanmışdır? 

Bizcə, Azərbaycan əhalisinin böyük əksəriyyətini təşkil edən türklərin – Azərbaycan türklərinin 

çox cüzi bir azlıq kimi, bu kitabda təqdim olunması adi bir yanlışlıq ola bilməz!!! Əgər burada söhbət 

etnik  azərbaycanlılardan  gedirsə,  o  zaman  qeyd  olunmalıdır  ki,  əhalinin  91,6  faizi  kimi  göstərilən 

azərbaycanlılar məhz Azərbaycan türkləridir. Eyni zamanda əgər burada milli dildən bəhs  olunursa, 

onda  «Azərbaycan»  deyil,  ən  azı  «Azərbaycan  türk  dili»    anlayışından  istifadə  olunmalıdır.  Əks 

təqdirdə belə anlaşılır ki, azərbaycanlılar türk deyillər və onların türklərə dəxli olmayan ayrıca etnik 

kimliyi və dili vardır. Halbuki, Almaniya tədqiqatçısı V.Humboldtun təbirincə desək, hər bir millət ilk 

növbədə, müstəqil varlığına görə milli dilinə borcludur. Çünki dil millətin milli xüsusiyyətlərini əks 

edirən ideal bir varlıqdır [262, 47, 158]. 

Göründüyü  kimi,  bugünkü  Azərbaycan  Respublikasının  qurulmasında  Azərbaycan  türkləri 

müstəsna rol oynamalarına baxmayaraq, onların özünəməxsusluqlarını ifadə edən amillərdən heç biri 

(milli  kimliyi,  milli  dili  və  s.)  Azərbaycan  Konstitusiyasında  öz  əksini  tapmamışdır.  Hazırda  faktiki 

olaraq başda Azərbaycan türkləri olmaqla, bütün Azərbaycan xalqının yazı və danışıq dili Azərbaycan 

türkcəsi (türk dili) olmasına baxmayaraq, bu dil Konstitusiyada «Azərbaycan dili» kimi öz ifadəsini 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   562   563   564   565   566   567   568   569   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin