www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
538
538
tapmışdır. Halbuki, hazırda «Azərbaycan dili» adlanan Azərbaycan türkcəsini ana dil kimi, birmənalı
şəkildə Azərbaycan türkləri qəbul edirlər. Bu mənada qeyri türklər, yəni azsaylı etnik qruplar – talışlar,
ləzgilər, udinlər, tatlar, kürdlər və başqaları «Azərbaycan dili»ni türk dili hesab edərək, doğma dillərini
də unutmurlar. Bu da təbiidir. Çünki etnik azlıqların dillərinin, demək olar ki, Azərbaycan türk dili ilə
heç bir qohumluq əlaqəsi yoxdur. Onlar ya «Qafqazdilli», ya da «İrandilli» dil ailəsinə daxildirlər.
Deməli, bir millətin varlığı üçün son dərəcədə önəmli olan dilin adı məsələsində də faktiki olaraq
güzəştə gedən, yəni doğma türk dilinin «Azərbaycan dili» adlandırılmasına etiraz etməyən Azərbaycan
türkləri olmuşdur. Bu baxımdan, Dilqəm İsmayılov doğru qeyd edir ki, hazırda Azərbaycan türkünün
adı və dili simvolik səslənir: «Əslində Azərbaycan türklərinin BMT-nin sənədlərində öz əksini tapmış
identifikasiya (özünüeyniləşdirmə) hüququ, öz milli mənsubiyyətinin özlərinin müəyyənləşdirilməsi
hüququ pozulmuşdur» [118, 101].
Qeyd edək ki, yalnız milli dil məsələsində deyil, milli mənsubiyyətlə də bağlı tolerantılqdan,
barışdırıcı nöqtələrdən çıxış edərək milli kimliklərini-türklüklərini siyasi kimliklə-azərbaycanlılıqla
eyniləşdirilməsinə razı olan da Azərbaycan türkləridir. Hər halda, 1995-ci il Konstitusiyasında milli
kimlik, milli dillə bağlı məsələlərdə yalnız Azərbaycan xalqından və Azərbaycan dilindən bəhs olunur.
Şübhəsiz, bütün bunlar onun göstəricisdir ki, Azərbaycan türkləri Azərbaycan Respublikasının
yaranmasında aparıcı rol oynasalar da, ancaq bundan heç vaxt sui-istifadə etməyiblər və etmirlər də.
Bütün bunlara baxmayaraq, hətta bəzi əsərlərdə, məqalələrdə «Azərbaycan dili»nin əslində bir
türk dili, Azərbaycan mədəniyyətinin həm də bir türk mədəniyyəti, Azərbaycan tarixinin həm də bir
türk tarixi, Azərbaycan dövlətinin həm də bir türk dövləti, azərbaycanlıların əksəriyyətinin isə türk
olmaları ilə bağlı fikirlər dərhal ciddi tənqidə məruz qalır. Bu isə o deməkdir ki, xüsusilə milli
məsələlərdə tolerantlıqdan, xoşgörüdən, bəşərilikdən çıxış etməyin də m ü ə y y ə n h ə d d i
o l m a l ı d ı r . Ə k s t ə q d i r d ə həmin millətin özünün assimilyasiya olunaraq tarix
səhnəsindən getməsi qaçılmazdır. Əgər bir dövlətin yaradıcısı olan bir millət tarix səhnəsindən
gedəcəksə, fikrimizcə, o zaman həmin dövləti azsaylı etnik qruplarla saxlamaq mümkün olmaycaqdır.
Dostları ilə paylaş: |