MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə569/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   565   566   567   568   569   570   571   572   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

539 


irəli sürmüşlər. Bununla da onlar bir tərəfdən milli ruhlu azərbay-

cançılığı  beynəlmiləlçi-kosmopolit  azərbaycançılıq  halına 

gətirməyə  çalışmış,  digər  tərəfdən  onu  türkçülüyə  və  islamçılığa 

qarşı  qoymuşlar.  Başqa  sözlə,  əgər  azərbaycançılıq  «üçlüy»ün, 

xüsusilə türkçülüyün əsasında yarandığı üçün ona sıx bağlı olduğu 

halda,  sovet  ideoloqlarının  əlində  isə  o  artıq  beynəlmiləlçi-

kosmopolit bir məna kəsb etdiyi üçün müvafiq olaraq «üçlüy»ə, o 

cümlədən  türkçülüyə  qarşı  yönəldilmişdir.  Bu  baxımdan 

Azərbaycan  filosofu  Ə.Tağıyev  doğru  qeyd  edir  ki,  «Sovet 

dövründə  azərbaycançılıq  bolşeviklərin  əlində  türkçülüyə  və 

islamçılığa  qarşı  mübarizə  vasitəsinə  çevrilmişdi.  Bolşeviklər 

istər-istəməz  hər  vasitə  ilə  azərbaycançılığı  inkişaf  etdirməli 

olmuş,  hətta  «türk  dili»nin  əvəzinə  «Azərbaycan  dili»nə 

vətəndaşlıq  hüquqi  qazandırmışlar.  Onlar  bununla  Azərbaycanı 

İslam-türk  aləmindən  ayırıb  daha  sıx  tellərlə  Moskvaya 

bağlamağa cəhd göstərdilər» [217, 20].  

Şübhəsiz, 

bolşeviklərin 

«azərbaycançılığı 

inkişaf 


etdirmələri»  və  türk  dilini  Azərbaycan  dilinə  çevirmələrində  də 

başlıca  məqsəd  milli  mənlik  şüurunun  saxta  beynəlmiləlçilik  və 

kosmopolit  şüurla  əvəz  olunmasına  hesablanmışdır.  Yəni  bu, 

Ə.Tağıyevin  hesab  etdiyi  kimi,  heç  də  müsbət  xarakter 

daşımamışdır.  Əksinə,  bolşeviklərin  və  daşnakların  apardıqları 

siyasət  nəticəsində  Azərbaycanda  bir-birinə  daban-babana  zidd 

olan  ikili  nəzəriyyə  meydana  çıxmışdır.  Beləliklə,  Azərbaycan 

müstəqilliyini bərpa edənə qədər iki növ: 1) milli azərbaycançılıq 

(burada  «milli  azərbaycançılıq»  anlayışını  beynəlmiləlçi  və 

kosmopolit  azərbaycançılıqdan  fərqləndirmək  üçün  işlədirik);  2) 

beynəlmiləlçi və kosmopolit azərbaycançılıq olmuşdu.  

Burada  aydınlıq  gətirmək  lazımdır  ki,  islamçılıq,  türkçü-

lük  və  qərbçiliyə  əsaslanan  Azərbaycan  milli  ideyası  –  milli 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   565   566   567   568   569   570   571   572   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin