www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
540
540
azərbaycanıçılıq bütün bunlarla yanaşı, konkret hansı prinsipləri
hədəfləmiş və onlardan bir addım da olsun geri çəkilmək
istəməmişdir. Başqa sözlə, milli ruhlu azərbaycançılıq
beynəlmiləlçi və kosmopolit azərbaycançılıqdan konkret hansı
cəhətlərinə görə fərqlənmişdir? Bu mənada, fikrimizcə, milli
azərbaycançılığın məzmun və mahiyyətinə aşağıdakı prinsiplər
daxildir:
1. Ölkənin hər hansı quruluşla (sosializm və b.) idarə
olunmasından asılı olmayaraq müstəqilliyinin vacibliyi;
2. Azərbaycan adının qorunub saxlanılması;
3. Müstəqil Azərbaycan dövlətində türklərin hakimiyyətdə,
hökumət orqanlarında sayca çoxluğu təşkil edən əsas millət kimi
təmsil olunması;
4. Müstəqil Azərbaycanda türk dilinin dövlət dili olması;
5. Müstəqil Azərbaycanda türk mədəniyyətinə (türk ədə-
biyyatı, türk tarixi və s.) əsaslanmaq və onu inkişaf etdirmək;
6. Müstəqil Azərbaycanın dünyəvi dövlət olması ilə yanaşı,
əhalinin əksəriyyəti müsəlman olan bir ölkədə islama və onun əsas
kitabı olan Qurana hörmətlə yanaşılması.
Göründüyü kimi, burada milli azərbaycançılığın əsas
qayələri olan müstəqil və milli Azərbaycan, türk hökuməti, türk
dili, türk mədəniyyəti, demokratik dəyərlər və islam inancı
dəyişilməzdir. Bu mənada hesab etmək olar ki, Azərbaycan
türkçülüyü ideyasının yaşaması üçün Cümhuriyyət dövründəki
milli-demokratizm kimi, Sovet dönəmindəki sosial-demokratizmi
də ona zidd hesab etməmək olar. Yəni burada iki önəmli məsələ:
1) Azərbaycan türkçülüyü ideyası-azərbaycançılıqla; 2)
Cəmiyyətin siyasi quruluşu bir-birindən fərqləndirilməlidir. Bu isə
o deməkdir ki, Azərbaycan türkçülüyü ideyası istənilən siyasi
quruluşda mövcud ola və inkişaf etdirilə bilər. Çünki millətin
|