MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə59/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   55   56   57   58   59   60   61   62   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

59 


birdir,  hamı  eyni  bir  Atanın  (Allahın  –  F.Ə.),  sevən  bir  Atanın 

övladlarıdır,  fərq  yalnız  Ona  itaət  edənin  dərəcəsindədir.  Bu 

ideya  Quranda  ümumi  müddəa  şəklində  deyil,  aydın  və  rəsmi 

şəkildə ifadə edilmişdir: «müsəlmanlar qardaşdırlar»» [251].  

Q.Mustafayev  yazırdı  ki,  «İslam  millətçiliyi»ni  irəli 

sürməklə Ə.Ağaoğlu və digər milli-burjua ziyalılar açıq şəkildə 

olmasa da, üstüörtülü olaraq dini-millətçilik yolunu birinci plana 

çəkir  və  müsəlmanları-türkləri  dini  millətçiliyin  bayrağı  altında 

toplamağa çalışmışlar: «Burjua millətçiləri Azərbaycan xalqının 

maarif və mədəniyyəti yolunda maarifçilərin mübarizəsini islam 

maarifi  və  mədəniyyəti  uğrunda  mübarizə  istiqamətinə 

yönəltməyə  çalışır,  onların  köməyi  ilə  islam  dini  ilə  elmi 

barışdırmaq, «islam mədəniyyətini» «qərb mədəniyyətinə» qarşı 

qoymaq,  islamı  müasirləşdirmək,  islam  ruhaniliyini  çarizmin 

təsirindən  xilas  edib,  islam  millətçiliyi  axınına  cəlb  etmək 

istəyirdilər»  [159, 97].  Bizcə, sosial-demokratların, o  cümlədən 

bolşeviklərin kommunizm utopiyası kimi, mütərəqqi islamçıların 

da bəzən «İslam birliyi» ideyasını siyasiləşdirmələrində qeyri-adi 

heç  nə  yoxdur.  Başqa  sözlə,  sosial-demokrtalar  kommunizm 

ideyasına  hansı  şəkildə  yanaşırdılarsa,  bir  qədər  fərqli  şəkildə 

islamçılar  da  «İslam  birliyi»  ideyasının  gerçəkləşməsinə  bir  o 

qədər ümid bəsləyirdilər.  

Digər tərəfdən o fikirlə də razılaşmaq olmaz ki, Ə.Ağa-

oğlu  və  digər  milli  aydınlarımız  İslam  mədəniyyətini  Qərb 

mədəniyyətinə qarşı qoymuşdular.  Doğrudur,  yuxarıda da qeyd 

etdiyimiz  kimi,  bu  cür  mühafizəkar  ziyalılarımız  olmuşdur, 

ancaq  hər  iki  mədəniyyətin  ortaq  nöqtələrindən  çıxış  edən 

mütəfəkkirlərmiz də var idi. Ə.Ağaoğlu da məhz belə bir mövqe 

tutaraq  İslam  mədəniyyəti  ilə  Qərb  mədəniyyətinin  bir-birini 

inkar  etmədiyini  vurğulamışdır:  «Birləşmə  mənasında  keçmişə 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin