www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
64
64
manlarının, o cümlədən Azərbaycan müsəlmanlarının böyük
əksəriyyəti nə qədər İslama-müsəlmanlığa bağlı olursa-olsunlar,
nə qədər marksizm-leninzmə rəğbət göstərirlər göstərsinlər ilk
növbədə, özlərini türk kimi tanıyır və türk mədəniyyətinə aid
edirdilər. Eyni zamanda, yalnız Qafqaz deyil, çar Rusiyasının
müsəlman əhalisinin böyük əksəriyyəti də türk-tatar xalqları
adlanan bir türk millətinə, yaxud da türk irqinə aid edilirdi. Bu
baxımdan çar Rusiyasında, o cümlədən Qafqazda yaşayan
müsəlmanların milli azadlıq hərəkatı uğrunda mübarizədə əsas
milli ideya olaraq türkçülüyü qəbul etmələri çox təbii idi.
Xüsusilə də, din ideyasının heç cürə özünü doğrulda,
yəni qeyri-müəyyən «İslam birliyi» ideyasının gerçəkləşə bilmə-
yəcəyi bir dövrdə Azərbaycan milli ideyası kimi türkçülüyün
aparıcı yer tutması başa düşüləndir. Doğrudur, ilk dövrlərdə türk-
çülük də islamçılıq, «İslam birliyi» ideyası kimi ümumi xarakter
daşımış, bəzi türk ideoloqlar bunun əsasında Turan imperiyasını
dirçəltmək haqqında mülahizələr belə yürütmüş, hətta Ənvər
paşa kimi hərbi sərkərdələr silah gücünə bunu reallaşdırmağa
çalışmışlar. Bütün bunlara baxmayaraq, fikrimizcə, türkçülük din
ideyasından - «İslam birliyi»ndən fərqli olaraq milli ideologiya-
nın formalaşmasında əsas rol oynayaraq Azərbaycan
Cümhuriyyətinin yaranmasında həlledici rola malik olmuşdur.
Əslində burada heç bir fikir ixtilafından, ziddiyyətdən
söhbət gedə bilməz. Milli aydınların əsas məqsədi birdir:
müsəlman-türk aləminin qurtuluşu. Bu qurtuluş yolunda isə bir
qədər fərqli taktikaların seçilməsi, fərqli mülahizələrin
səslənməsi təbiidir. Digər tərəfdən bütün türklər, o cümlədən
müsəlman türkləri üçün bir neçə minilliklər din və millət
(şamanlıq və türklük, Göy Tanrıçılıq və türklük, islamlıq və
türklük və b.) demək olar ki, eyni mahiyyət daşımışdır. Bu
|