MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə68/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   64   65   66   67   68   69   70   71   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

66 



66 

birliyi» ideyaları yaranmışdı. Fikrimizcə, ümumiyyətlə türklüyü 

və  türkçülüyü  də  bir-birindən  fərqləndirmək  lazımdır.  Türklük 

daha  çox  sadəcə  şəxsi  kimliyini,  danışdığı  dili,  tapındığı  adət-

ənənələri  türk  olaraq  qəbul  edib  bununla  kifayətlənməkdirsə, 

türkçülük  millətdə  milli  ruh,  mili  düşüncə,  milli  özünüdərk 

uğrunda  mübarizə  aparmaq,  bir  sözlə  onu  məfkurə  halına 

gətirməkdir.  Bunu,  M.Ə.Rəsulzadə  belə  ifadə  etmişdi: 

«Türklüklə türkçülük arasında böyük fərq vardır. O fərq nədir? 

…Millətdə  milli  ruh,  milli  düşüncə,  milli  özünütanıma,  milli 

şəxsiyyət  lazımdır.  Biz  millətə  bunu  verməyə  çalışırız»  [34, 

260].  


Qeyd  edək  ki,  mədəni  türkçülük  XIX  əsrin  ikinci 

yarısından  başlayaraq,  eyni  vaxtda  Türkiyə,  Azərbaycan, 

Krım, Türküstan, Uyğurustan və başqa türk ellərində yaşayan 

aydınlarımızın  –  İ.Şinasi,  Əhməd  Vefik  Paşa,  M.Cəlalləddin 

Paşa,  Süleyman  Paşa,  Şeyx  Süleyman  Əfəndi,  Ə.Cevdət, 

Ə.Mithəd, A.A.Bakıxanov, M.F.Axundzadə, N.Kamal, H.Zər-

dabi,  Ş.Mərcani,  İ.Qaspıralı  və  başqalarının  mədəni-fəlsəfi 

irsində  özünü  büruzə  vermişdi.  Fikrimizcə,  ilk  dövrlərdə 

türkçülüyün  siyasiləşə  bilməməsinə  əsas  səbəb  dini-ideoloji 

amillər, yəni sufilik, mövlanəlik, şiəlik, osmançılıq, islamçılıq 

və b. təlimlərin təsiri altında olması olmuşdur. Bu mənada ilk 

siyasi türkçülərdən Y.Akçuraoğlu düzgün qeyd edirdi ki, XIX 

əsrin  ikinci  yarısında  türkçülükləri  aydın  və  şüurlu  olan 

Osmanlı  türk  ziyalıları  (Ə.Vefik,  M.Cəlaləddin,  Süleyman 

Paşa və b.) belə siyasətdə türkçülüyə deyil, «islam birliyi» və 

«osmanlı  milliyyəti»nə  önəm  vermişlər.  Ən  yaxşı  halda  bu 

dövrdə  türkçülük  həmin  anlayışlarla  qarışmış  şəkildə 

olmuşdur [22, 80].  





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin