MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə71/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   67   68   69   70   71   72   73   74   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

69 


yavaş – F.Ə.) ilə çürüyüb yox olur, habelə dilsiz və məzhəbsiz 

tayfa da gərək mürür ilə yox olsun» [30, 22]. O, «Dil birliyi» 

məqaləsində  isə  yazırdı  ki,  Rusiya  dövlətinə  tabe  olan 

müsəlmanların  hamısının  etnik  mənşəyi  türk,  dilləri  türk 

dilidir.  Amma  bu  dil  ayrı-ayrı  yerlərdə  müxtəlif  şivələrə 

bölünüb  ki,  ilk  növbədə  Rusiya  türklərinin  dil  birliyinə  nail 

olmaq  lazımıdır.  Zərdabi  yazırdı:  «Ona  görə  də  bizlərə 

vacibdir  ki,  indi  vaxt  keçməmişdən  dil  birliyi  dalıncan  olub 

bir  ümumi  dil  bina  edib,  bu  ümumi  dildə  yazıb-oxuyaq  ki, 

gələcəkdə  o  dil  hamının  yazıb-oxumaq  dili  olsun.  Belə  də 

Rusiyada  olan  türk  tayfaları  getdikcən  bir-birilərinə  artıq 

yaxınlaşıb,  birləşməkdən  artıq  da  güclənib  tərəqqi  etməyə 

qadir  olurlar  və  qardaşlıqları  dəxi  möhkəm  olur»  [30,  14]. 

Deməli,  XIX  əsrin  ikinci  yarısında  Qafqaz  müsəlmanlarının 

milli oyanışına, yəni mədəni türkçülüyə və mədəni islamçılığa 

təkan verən H.Zərdabi bu işinin davamı olaraq 1900-cu illərdə 

Rusiya, o cümlədən Qafqaz türklərinin dil-millət və din-islam 

birliyi  ətrafında  birləşməsini  vacib  saymışdır.  Onun  bu 

dövrdə, 

milli 


ideoloq 

kimi 


Azərbaycan 

türklərini 

maarifləndirmək yolu ilə ayrıca bir millət kimi varlığını isbat 

etməyə  və  milli  birliyinə  çalışması,  xüsusilə  diqqətəlayiqdir. 

Bu  baxımdan  H.Zərdabi  XX  əsrdə  yetişən  Azərbaycan 

türklərinin  -  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  və 

başqalarının  birmənalı  şəkildə  ideoloqu,  müəllimidir  [185, 

151;  28,  119;  237,  40;  196,  169].  H.Zərdabinin  tədqiqatçı-

larından  fəlsəfə  elmləri  doktoru,  prof.  İzzət  Rüstəmovun  o 

fikrilə  də  tamamilə  razılaşırıq  ki,  «Zərdabi  Azərbaycanda,  o 

cümlədən  bütöv  Rusiyada,  Şərqdə  XIX  əsr  reallıqlarının 

doğurduğu titanlardan-nəhənglərdən biridir» [190, 186]. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin