MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə70/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   66   67   68   69   70   71   72   73   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

68 



68 

«Tərcüman»da  ifadə  etmişdi  [71,  19-21].  Onun  mədəni 

türkçülüyü  «Üsuli-cədid»  adlı  yeni  tipli məktəblərin  açılması 

ilə davam etdirilmişdi. Əslində bu məktəblər dünyəvi elmləri 

tədris  edən ilk türk məktəbləri  idi [71, 22-24]. Ancaq siyasi-

ideoloji  baxışlarına  görə  Qaspıralı  daha  çox  liberalist  idi.  O, 

yalnız Rusiya birliyi çərçivəsində türklərin milli-mədəni mux-

tariyyətinə və birliyinə çalışmışdı. Hətta, o bu baxışlarına görə 

digər  türkçü  ideoloqlar  tərəfindən  dəfələrlə  tənqid  də 

olunmuşdur. 

Azərbaycanda  A.A.Bakıxanovla  M.F.Axundzadədən 

(müəyyən ziddiyyyətlərə  baxmayaraq) sonra türkçülüyün  ya-

ranmasənda  Həsən  bəy  Zərdabi  (1842-1907)  və  onun 

«Əkinçi» qəzeti mühüm rol oynamışdır. Y.Akçuraoğlu  yazır: 

«Həsən  bəyin  millət  tarlasına  əkmək  istədiyi  toxumlar 

irəliləmə  və  yenilik  toxumlarıdır»  [22,  87].  Ən  əsası 

«Əkinçi»də  türk millətçiliyinin ünsürləri görsənmiş, ayrı-ayrı 

türk  şivələrinin  birləşə  bilməsi  məsələsinə  toxunulmuşdur. 

Ancaq  burada  özəlliklə,  H.Zərdabinin  ideyalarından  bəhs 

etməyimizə  səbəb,  onun  qısa  bir  zaman  da  olsa  XX  əsrin 

əvvəllərində  yaşamasıdır.  Belə  ki,  XIX  əsrin  ikinci  yarısında 

yeniləşmə  uğrunda  mübarizə  apararaq  mədəni  türkçülüyü  və 

mədəni islamçılığı canlı bir timsal kimi XX əsrin əvvəllərinə 

daşıyan  H.Zərdabi,  bu  dövrdə  də  dil  birliyi,  din  birliyi,  milli 

təşkilatların  yaranması  məsələlərlə  bağlı  konkret  təkliflərlə 

çıxış  etmişdir.  Zərdabi  qeyd  edirdi  ki,  hər  bir  millətin  əsas 

dirəkləri,  millət  olmağına  səbəb  dil  və  din-məzhəbdir. 

Bunlardan birisi əldən getsə millətin beli sınar, ikisi də getsə 

millət başqa millətlərə qarışar və yox olar. O yazır: «Çünki dil 

və məzhəb tayfanın (millətin-F.Ə.) ruhu olan kimidir. Necə ki, 

ruh  çıxanda  bədəndən  bircə  nəş,  yəni  cəmdək  mürür  (yavaş-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin