MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə72/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   68   69   70   71   72   73   74   75   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

70 



70 

Siyasi-ideoloji  türkçülük.  XX  əsrin  əvvəllərində, 

xüsusilə 1900-1910-cu illərdə bütün türk dünyasında, o cüm-

lədən  Azərbaycanda  türkçülük  ikinci  mərhələyə  –  siyasi-

ideoloji  türkçülüyə  qədəm  qoymuşdu.  Artıq  XIX  əsrin  ikinci 

yarısından  fərqli  olaraq,  XX  əsrin  əvvəllərində  türkçülüyün 

davamçıları  bu  ideya  uğrunda  Türkiyədə,  Azərbaycanda, 

Krımda, Tatarıstanda, Türküstanda və b. türk ellərində, eləcə 

də  türk  coğrafiyasından  kənarda  –  Misir,  Əfqanıstan,  Fransa 

və başqa ölkələrdə mübarizə aparır, onu bütün türklərin vahid 

ideya  xətti  kimi  qəbul  edirdilər.  Məsələn,  Hilmi  Tunalı, 

Ə.Hüseynzadə,  Y.Akçuraoğlu,  H.S.Ayvazov,  Ə.Ağaoğlu, 

Ziya  Gökalp  və  başqaları  türkçülüyü  İstanbulda,  Bakıda, 

Kazanda,  Baxçasarayda,  Buxarada,  Səmərqənddə,  Təbrizdə, 

Tehranda, Qahirədə,  Moskvada,  Budapeştdə,  Vyanada, Paris-

də  və  başqa  şəhərlərdə  eyni  istək  və  prinspiallıqla  müdafiə 

etmişlər.  Bu  mənada  siyasi-ideoloji  türkçülük  ən  azı  bütün 

türk xalqlarının mənəvi-ideoloji birliyini hədəfləmişdi. Ancaq 

burada onu da qeyd etmək istərdik ki, siyasi-ideoloji türkçülük 

iki  istiqamətdə:  1)  vahid  Turan-Türk  dövlətini  arzulayan 

siyasi  romantiklərlə;  2)  ayrı-ayrı  müstəqil  türk  dövlətlərinin 

yaranmasını  müdafiə  edən  gerçəkçi,  yaxud  da  federalist 

türkçülər şəklində meydana çıxmışdır. Siyasi romantiklər daha 

çox  qan  qohumluğunu,  dil  və  din  birliyini  önə  çəkdikləri 

halda, 


gerçəkçilər  öncə  ayrı-ayrı  türk  dövlətlərinin 

yaranmasını  və  gələcəkdə  onların  federasiya  şəklində 

birləşməsinə ümid edirdilər. 

XX əsrin əvvəllərində nəzəri şəkildə  İslamla çulğalaş-

mış  türkçülüyün,  bir  qədər  də  dəqiqləşdirsək  siyasi-ideoloji 

türkçülüyün  ilk  ideoloqu  Quzey  türklərindən  Yusif  Akçura-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin