MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə75/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   71   72   73   74   75   76   77   78   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

73 


ruslaşdırmaya, farslaşdırmaya, o cümlədən erməni millətçiliyinə 

qarşı  çıxaraq  milli  mənsubiyyət  məsələsinə  geniş  yer  vermiş, 

türk  adət-ənənələri  və  mədəniyyətini  təbliğ  etmiş,  sünni-şiə 

ayrılıqlarına  qarşı  olmuş,  milli  hüquq  və  azadlıqlarından  bəhs 

etmişdir.  Ağaoğlu  özü  ruslaşdırma  siyasətinə  qarşı  «İrşad» 

qəzetinin  tutduğu  məsləki  belə  izah  edirdi:  birincisi  rus 

hökumətinə  qarşı  mücadilə  edərək  türk  ünsürünün  siyasi 

hüquqlarını  təmin  etmək,  ikincisi  türk  ünsüründə  birlik  fikrini 

yaratmaq [22, 228].  

Çünki  Ə.Ağaoğlu  hesab  etmişdir  ki,  çar  Rusiyasının 

hakimiyyəti  altında  ən  çox  əzilən  müsəlmanlar,  o  cümlədən 

onların böyük əksəriyyətini təşkil edən türk-tatar xalqlarıdır. Ona 

görə  də  ilk  növbədə,  türklər  bir  araya  gəlməli  və  haqsızlığa, 

ədalətsizliyə  qarşı  öz  etiraz  səslərini  ucaltmalıdırlar.  Bu 

baxımdan, Ə.Ağaoğlu hesab edirdi ki, artıq özümüzü cansız, ölü 

portretlərin  yerinə  qoymaqdan  əl  çəkməli,  işləməli,  özümüz 

özümüzün qeydinə qalmalı, ehtiyaclarımız barədə düşünməli və 

onun  təmin  edilməsi  üsullarını  öyrənməliyik.  Başqa  sözlə, 

Rusiyada həyata keçirilən islahatlardan maksimum yararlanmaq, 

yeni  həyat  formaları  arasında  başımızı  itirməmək,  həmin 

formalara ağlabatan tərzdə uyğunlaşmaq, ətrafımızdakı xalqların 

səviyyəsinə çatmaq və özümüzə layiqli yer tumaq lazımdır [106, 

44]. 

Ə.Ağaoğlunun bu tezislərində açıq aşkar milli əlamətlər 



öz  əksini  tapmışdır.  Çünki  o,  Rusiyadakı  müsəlman  türklərini 

dini və etnik kimliyi nəzərə almaqla, birləşməyə çağırır və əsas 

yükü  ziyalıların  çiyninə  qoyurdu.  İlk  növbədə  ziyalılar  bütün 

qüvvələrini cəmləşdirməli, gecə-gündüz yorulmaq bilmədən işlə-

məli  və  ölkə  yeni  həyata  qədəm  qoyduğu  andan  etibarən  buna 

hazır  olmalı  idilər.  Çünki  ziyalılar  «öz  xalqlarının  taleyini 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin