www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
74
74
müəyyənləşdirən məsələləri həll etməli olacaqlar. Məhz buna
görə də ziyalılar təxirəsalmadan bu məsələlər üzərində
düşünməli, onları hərtərəfli, ağılla götür-qoy etməli, heç bir
sentimental və ya nəzəri ideologiyaya uymamalıdırlar» [106,
45]. Ağaoğlunun fikrincə, türk ziyalıları Qafqazda çoxluq təşkil
edən bir millətin üzvləri olduqlarına görə, mövcud olan rəsmi
dövlət orqanları və başqa təşkilatları, eyni zamanda diyarın
özünü hərtərəfli öyrənməlidirlər. Əgər bu baş verərsə, onda
türklər Qafqazın ən sanballı milləti kimi diyarın həyatında onun
sayına və mövqeyinə uyğun yer tuta biləcək və indiyə qədər
olduğu kimi kənarda qalmayacaqlar [106, 45].
Eyni zamanda, Ağaoğlu hesab edirdi ki, türkçülük
hissinin güclənməsi farslaşdırma və ruslaşdırma siyasəti
qarşısında mühüm siyasi faktordur. Bu baxımdan Y.Akçuraoğlu-
nun təbrincə desək, ruslaşdırmaya, farslaşdırmaya qarşı
dayanmaq, məzhəb ayrılığına son qoyaraq düşmənlərinə fürsət
verməmək baxımından Ə.Ağaoğlu, Ə.Hüseynzadə və
Ə.Topçubaşı Qafqaz türklüyündə birliyin yaranmasına
çalışmışlar [22, 228]. Ona görə də Ə.Ağaoğlu nə qədər «İslam
milləçiliyi»ndən çıxış etsə də, Azərbaycan türklərinin oyanması
baxımından gördüyü milli işləri, xüsusilə «Difai»nin lideri kimi
apardığı mübarizə onu islamçılığın ideoloqu ilə yanaşı, türkçü
adlandırmağa layiq edir. Tanınmış alim T.Svyatoçovski yazır:
«Tatar-erməni mübaribəsi nəticəsində meydana gələn «Difai»
özünün əsasən antirus fəaliyyəti ilə Şamil dövründən bu yana
təşkilatlanmış heç bir müqavimətlə üzləşməyən çar rejiminə
uzun illər boyu mütilik tabeçilyə zərbə endirmiş oldu» [260,
101].
Ə.Ağaoğlunun millət və millətçilklə bağlı mülahizələri
«Bizim millətçilər» («Kaspi»), «Millət və millətçilik»
|