MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə74/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   70   71   72   73   74   75   76   77   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

72 



72 

din  əsasında  birləşməlidir.  «Nədən  bu  hala  qaldıq?»  əsərində 

Ayvazov  açıq  şəkildə  bəyan  edirdi  ki,  türklərin  nicatı  nə 

sosializmdə, nə də ona oxşar yad bir cərəyanda deyil, mütərəqqi 

ruhlu  İslam-Türk  birliyindədir  [31;  87

a

,  188].  Bu  baxımdan 



Ayvazov da  Ə.Hüseynzadə  kimi, ortaq türk  dilinin  yaradılması 

fikrini  müdafiə  etmişdir.  Məsələn,  o  yazırdı  ki,  İslam-Türk 

birliyindən  çıxış  edən  «Rusiya  Müsəlmanları  İttifaqı»nda  bir 

araya  gələnlərin  türkcədən  daha  çox  rus  dilində  danışmaları 

doğru deyildir: «Qafqaslı bir türk krımlı bir türk ilə, kazanlı bir 

bir  müsəlman,  türküstanlı  bir  müsəlman  ilə  görüşdükcə 

yekdigərini  anlayacaq  qədər  ana  lisanlarını  bilməmək  doğrusu, 

böyük  bir  eyb  və  şeyndir…  Halbuki  hər  şeyimizin  əsli,  əsası, 

təməli  lisandır,  lisan  birləşməyincə,  qəlblər  heç  birləşməz, 

qəlbələr  birləşməyincə  də  meydana  bir  şey  gətiriləməz!»  [31; 

87

a

,  190].  Beləliklə,  Ayvazovun  fikrincə,  milliyyət  çox 



müqəddəs  olduğundan  səadəti  də  milliyyət  ilə  birlikdə  arzu 

etmək  lazımdır;  ancaq  bununla  yanaşı  milliyyəti  islamiyyət  ilə, 

islamiyyəti  insaniyyət  ilə  sevmək  gərəkdir.  Bu  baxımdan 

avropalaşmağa,  sosial-demokratlara  qoşulmağa  meyil  etməyən 

Ayvazov  türk-müsəlman  dünyasının  nicatını  İslam-Türk-Şərq 

məfkurəsinin  sintezində  axtarmışdı:  «İctimaiyyəti  milliyyətdə, 

milliyyəti  insaniyyətdə,  ədalətdə,  insaniyyəti  mədəniyyətdə, 

mədəniyyət  və  səadəti  də  vətəndə,  islamiyyətdə  arayınız»  [87

a



352]. 



Azərbaycan  türkləri  arasında  islamçılıqla  yanaşı,  siyasi-

ideoloji türkçülüyə meyil edən ilk ziyalılardan biri Əhməd bəy 



Ağaoğlu olmuşdu. Bir qədər də dəqiqlşədirsək, Ağaoğlu «İslam 

millətçiliyi»  uğrunda  mübarizədə  türklüyü  onun  əsas 

silahlarından  biri  kimi  görmüşdür.  Bu  baxımdan  «Kaspi», 

«Həyat»  və  «İrşad»  qəzetlərində  dərc  olunan  məqalələrində  o, 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin