MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə97/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   93   94   95   96   97   98   99   100   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

93 


mübahisəlidir.  Bəzilərinə  görə,  əgər  Ə.Hüseynzadənin  ideya 

xətlərindən  biri  «avropalaşmaq»  olub,  sonralar  avropalaşmaq 

müasirlik kimi yozulmuşdursa, belə çıxır ki, qırımızı boya ancaq 

avropalaşmağa, qərbləşməyə işarədir. Xüsusilə, bu gün Azərbay-

can Respublikasının bayrağının rənglərindən birinin «müasirlik» 

kimi yozulması, «müasirlik» dedikdə isə, yalnız avropalaşmanın 

və qərb mədəniyyətinin mənimsənilməsinin başa düşülməsi, bu 

məsələnin daha da mürəkkəbləşməsinə səbəb olmuşdur. 

Şübhəsiz,  müasirləşməyin  Azərbaycan  xalqının    milli 

ideya  xətlərindən  birinə  çevrilməsində  Qərb  liberalizmi  və 

demokratiyası ilə tanışlıq mühüm rol oynamışdır. Belə ki, 19-cu 

əsrin  əvvəllərində  çar  Rusiyasının  müstəmləkəsi  altında 

yaşamağa məcbur edilən şimali Azərbaycan türkləri Türk-İslam 

mədəniyyəti  ilə  yanaşı,  ilk  növbədə  Rusiya  mədəniyyəti,  onun 

vasitəsilə  Avropa-Qərb  mədəniyyətinin  də  təsirinə  məruz 

qalmağa  başlamışdı.  7-ci  əsrdən  etibarən  İslam-Türk 

mədəniyyətinin  tərkib  hissəsi  kimi  onun  tərəqqisi  ilə  tərəqqi, 

tənəzzülü ilə tənəzzül edən şimali Azərbaycan xalqı bu dövrdən 

etibarən  istər-istəməz  ikili  mədəniyyətin:  Türk-İslam  və  Rus-

Qərb-Xristian mədəniyyətinin təsiri altına düşdü. Beləliklə, Qərb 

dünyasında baş verən siyasi, iqtisadi, fəlsəfi, mədəni yeniliklərlə 

yaxından  tanış  olan  Azərbaycan  mütəfəkkirləri  bununla  da, 

Türk-İslam  mədəniyyətinə  yenidən  baxıb  onu  təftiş  etməklə 

üzləşdilər. 

Bu 

isə, 


istər-istəməz 

Azərbaycan 

türk 

mütəfəkkirlərinin dünyagörüşündə bir tərəfdən ziddiyyətlərə yol 



açsa da, digər tərəfdən milli ideyanın əsas xətlərindən birinin  – 

yeniləşməyin, müasirləşməyin yaranmasına səbəb oldu.  

Müasirləşmək  xəttinin  meydana  çıxmasında  isə  ilk 

növbədə,  Rus-Qərb-Xristian  mədəniyyəti  ilə  İslam-Türk-Şərq 

mədəniyyəti,  xüsusilə  İslam  dini  arasında  aparılan  müqayisələr 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin