MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə99/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   95   96   97   98   99   100   101   102   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

95 


zadə  və  başqaları  olmuşdur.  Onlar  hər  hansı  millətin  həyatında 

dinin  mühüm  və  vacib  rolunu  qeyd  etməklə  yanaşı,  Qərb 

mədəniyyətinə  çatmaq  kimi  başa  düşülən  müasirləşməyin 

əhəmiyyətini  doğru  anlamışlar.  Beləliklə,  «müasirlik»  ideya 

xəttinin  bu  yöndə  formalaşmasında  A.A.Bakıxanov,  H.Zərdabi 

və  başqaları  müəyyən  rol  oynamış,  XX  əsrin  əvvəllərində 

Ə.Ağaoğlu, 

Ə.Hüseynzadə, 

Ə.Topçubaşı, 

N.Yusifbəyli, 

M.Ə.Rəsulzadə  və  başqaları  isə  onu  inkişaf  etdirməyə 

çalışmışlar.  

Fikrimizcə,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və  başqaları 

qərbçilik, avropalaşmaq ideyaları milli-dini ideyaların müqayisə-

si  zamanı,  üstünlüyü  türkçülüyə  və  islamçılığa  verirdilərsə, 

ancaq  onlardan  fərqli  olaraq  Əlimərdan  bəy  Topçubaşı  (1865-

1934)  nisbətən  liberal-demokratik  dəyərlərə,  habelə  Rusiya 

türklərinin  birliyinə  və  onların  milli-mədəni  muxtariyyətinə 

yönlətmişdir.  Bu  baxımdan  «Kaspi»,  «Həyat»  və  başqa 

qəzetlərdə  Rusiya  müsəlmanlarının  hüquqlarını  müdafiə  edən 

Topçubaşının  «Ümummilli  haqq  istəyi»  layihəsində  (1905) 

iştirakı  da  diqqəti  cəlb  edir.  Bu  layihəyə  görə,  türklərə-

müsəlmanlara  da  ruslarla  eyni  siyasi,  mədəni,  dini  hüquq 

verilməli, 

onlara 

aid 


bütün 

məhdudiyyətlər 

aradan 

qaldırılmalıdır.  Bir  sözlə,  layihədə  Qafqazda  yerli  idarələrin 

yaradılması və onların müstəqil olması, Qafqaz müsəlmanlarının 

şəxsiyyət  və  ərazi  toxunulmazlığı,  türk  dilində  məktəblərin 

olması,  fikir,  mətbuat  azadlığı  verilməsi  tələb  olunurdu    [52, 

113].  


Dövlət Dumasında «Müsəlman fraksiyası»nın rəhbəri olan 

Ə.Topçubaşı  1905-1907-ci  illərdə  mövcud  olmuş  «Rusiya 

Müsəlmanları  İttifaqı»  Partiyasının    yaranmasında  fəal  iştirak 

etməklə  yanaşı,  onun  nizamnaməsini,  proqramını  şəxsən 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin