www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
98
98
1905-1907-ci illərdən etibarən Krım-Tatar və Qafqaz türkləri
arasında qəbiləvi fərqlər azalaraq milli birlik fikrinə dayanan
ciddi bir «milli şüur» formalaşmağa başlamış və bu məsələdə ən
mühüm rollardan birini Topçubaşı oynamışdır: «1905-1907-ci il
hərəkatları, zahirən Rusiya müsəlmanları birliyi adı altında
yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada
türkləri, məzhəb baxımından ikiyə, sünni və şiə qisimlərinə
ayıran ixtilafın qaldırılmasına da bu zaman ciddi surətdə
çalışılmışdır. Bütün Rusiya müsəlmanlarının III konqresində,
qəbul olunan qərarlardan biri də bu idi: «Müxtəlif məzhəblər
arasındakı fərqlər önəmli deyildir. Bu fərqlər Rusiya
müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin
vücuduna dini baxımdan bir maneə törədə bilməz». Bu qərarı şiə
məzhəbindən olan azərbaycanlı Əli Mərdan bəy Topçubaşoğlu
təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər olan
konqres isə bu təklifi «sünnilik, şiəlik yoxdur, Yetsin ixtilaf!»
sədaları ilə və dəqiqələrcə sürən alqışlarla, səs birliyi ilə qəbul
etmişdir» [22, 200].
M.Ə.Rəsulzadə,
H.Baykara,
Y.Akçuraoğlu
və
M.B.Məmmədzadənin mülahizələri bir daha təsdiq edir ki,
Topçubaşı «İttifaq»ın timsalında Rusiya türklərinin milli-mədəni
birliyinin yaranmasına inanmış və türk-müsəlman «ittifaqçı»ların
bir araya gəlməsini də milli bayram kimi qəbul etmişdir. Bunu,
Topçubaşının «İttifaq»ın Nijni-Novqorodda Oka çayı üzərində
keçirilən üçüncü qurultayının sonundakı çıxışı da göstərir: «Biz
türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir.
Günbatandan gündoğana qədər bizim babalarımızın mülki idi.
Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında,
Krım bağlarında, Kazanın çöllərində – ata və babalarımızın
mülki olan öz vətənimizdə, öz torpağımızda, öz ehtiyaclarımız
|