www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
99
barədə danışmağa ixtiyarımız qalmadı. Şükürlər olsun Allaha ki,
bu qədər çətinliklərə, zəhmətlərə baxmayaraq, bu gün sular
üzərində ürəklərimizi açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb,
hal-əhval tutmağa müvəffəq olduq» [52, 162-163].
Fikrimizcə, bütün bunlar bir daha təsdiq edir ki,
Topçubaşı ümumi və utopik xarakter daşıyan türkçülüyü (türk
birliyini) və islamçılığı (islam birliyini) ideallaşdırmaqdansa, ilk
növbədə konkret olaraq Rusiya ərazisində məhkum həyat
yaşayan müsəlman türklərinin milli birliyini vacib saymışdır. O,
bu zaman liberal-demokratik prinsiplərdən çıxış edərək Rusiya
türklərinin milli-mədəni muxtariyyət və başqa azadlıqlara sahib
olmasına çalışmışdır. Bu baxımdan H.Baykara doğru qeyd edir
ki, Ə.Topçubaşının rəhbəri olduğu «Rusiya Müsəlmanları
İttifaqı» partiyası əsarətdə yaşayan türklərin liberal-demokratik
burjua hərəkatıdır [52, 112].
Fikrimizcə, Hüseynzadə, Ağaoğlu və Topçubaşının
müasirləşmək-qərbləşmək-avropalaşmaqla bağlı bir-birinə yaxın
və ziddiyyətli mülahizələrini Məhəmməd Əmin Rəsulzadə bir
ideoloq kimi ümumiləşdirə bilmişdir. O, «Azərbaycan
Cümhuriyyəti» kitabında yazırdı: «Bayrağındakı məzmun, fikir
surətilə müasir bir türk və islam siyasi mövcudluğuna qovuşmaq
ümidilə…» [183, 97]. Fikrimizcə, burada qeyd edilən «müasir
bir türk və islam» kəlməsi göstərir ki, müasirlik dedikdə, ilk
növbədə milli və dini sahədə, yəni islamda və türklükdə
yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü – dünyəvilik
(layiqlik) nəzərdə tutulur. Bunu, Rəsulzadənin bayrağın mənası
ilə bağlı kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir
daha təsdiq edir: «Azərbaycan bayrağındakı mavi rəng –
türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də – təcəddüd
(yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz
|