www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
97
türkçülük ideyaları çox az yer tapmışdır. H.Baykaranın fikrincə,
buna səbəb onun Ə.Ağaoğlu ilə müqayisədə islamçılıq ideyasına
son dərəcədə bağlı olmaması idi: «Ə.Topçubaşıda Ə.Ağayevin
geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir
ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss
etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının
gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən
gələn qədər daha çox pay qoparmaq istəyirdi» [52, 112].
Ümumiyyətlə, H.Baykara hesab edirdi ki, Ə.Topçubaşı
Ə.Ağaoğlu və Ə.Hüseynzadədən fərqli olaraq, islamçılıq və
türkçülük kimi «utopik axınların heç birində iştirak etməmişdir.
Dərin bilikli hüquqşünas və siyasətçi olan Əlimərdan bəy, həyatı
boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır. «Rusiya
Müsəlmanları İttifaqı» türklərin tarixində ilk dəfə birlik fikrini
irəli sürmüşdür» [52, 160]. Ancaq H.Baykaranın qeyd etməsi ki,
Ə.Topçubaşı ümumiyyətlə, islamçılıq və türkçülük axınlarında
iştirak etməmişdir, doğru deyildir. Sadəcə, Topçubaşı Ağaoğlu
və Hüseynzadə ilə müqayisədə milli ideyanı mücərrəd və ümumi
mahiyyət daşıyan nə «islam birliyi», nə də «Osmanlı
türkçülüyü» olaraq qəbul etməmiş, onu daha çox Rusiyanın
əsarəti altında olan türk etnoslarının azadlıq hərəkatında və bu
hərəkatın əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində
görmüşdür. Bu isə daha çox, liberal-demokratizmə əsaslanan
milli baxış idi.
Bu baxımdan M.Ə.Rəsulzadə və M.B.Məmmədzadə də
hesab edirlər ki, Rusiya türkləri arasında ilk dəfə milli-mədəni
muxtariyyətdən və başqa hüquqlardan çıxış edən, dini-ruhani
idarə birliyi bayrağı altında millətçi bir proqramın tətbiqinə
girişən başda Ə.Topçubaşı olmaqla milli liberal-demokratlar
olmuşdur [180, 25; 154, 27]. Y.Akçuraoğlunun fikrincə də,
|